EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:10.11.2018 13:20:26

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib.

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib.

“Ölkə.Az” xəbər verir ki, vitse-spiker Paşinyanın dövlətin beynəlxalq mövqelərini və təhlükəsizliyini zəiflətdiyini deyib. Şarmazanov qeyd edib ki, Paşinyanın davranışları Ermənistanın öz müttəfiqləri tərəfindən gülüş obyektinə çevrilməsi və təklənməsinə gətirib çıxarıb.

“KTMT-nin 8 noyabrdakı iclasında Ermənistanın nümayəndəsi təşkilatın baş katibi postuna seçilmədi. Aydın olur ki, Nikol Paşinyanın idarəçiliyi dövründə Ermənistan öz təhlükəsizlik mövqelərini ardıcıl olaraq güzəştə gedir. Bunun sübutu isə, artıq KTMT-nin baş katibi postunun Belarus nümayəndəsinə veriləcəyilə bağlı açıq bəyanatlardır. Bu, Paşinyan hökumətinin açıq-aydın məğlubiyyətidir", - deyə Şarmazanov bildirib.

Vitse-spiker qeyd edib ki, Paşinyan uğursuzluğunu ört-basdır etmək və xalqın gözündən pərdə asmaq üçün korrupsiya ilə mübarizə məsələsini qabardacaq:
“Bəs sonra nə olacaq? Sonra bu uğursuzluqları örtmək üçün “korrupsiya ilə mübarizə”nin yeni dalğası başlayacaq, cəmiyyət yenə də ağlara və qaralara bölünəcək. Cənab baş nazir, korrupsiya və ya istənilən qanunsuzluğa qarşı savaşmaq lazımdır, amma bu, Ermənistanın və Qarabağın təhlükəsizliyi bahasına edilməməlidir.”

Erməni vitse-spiker həmçinin, Paşinyanı Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında susmaqda və zəiflik göstərməkdə günahlandırıb. Onun sözlərinə görə, Əliyevə təriflər yağdıran Paşinyan Ermənistanı aciz dövlət kimi göstərir.

“Bu cür uğursuzluqlarla yanaşı, Paşinyanda normal və savadlı şəxs təəssüratı yaradan İlham Əliyev yenə də hansısa ərazilərin geri qaytarıldığını, Qarabağın Azərbaycanın ərazisi olduğunu deyib və Ermənistan tərəfindən güzəştlərdən danışıb. Cənab Paşinyan, mən buna sizin reaksiyanızı gözləyirdim. Lakin cavab olaraq sizin qəti sözləriniz əvəzinə, sükutunuzla qarşılaşdım” ,- deyə Şarmazanov qeyd edib.

ErmÉ™nistanın vitse-spikeri: “PaÃ…Ÿinyan Əliyevin qarÃ…ŸÃ„±sında susur”


Ermənistanın vitse-spikeri: “Paşinyan Əliyevin qarşısında susur”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əli Kərimlinin saxlanılması ilə bağlı RƏSMİ açıqlama yayıldı
    AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıblar
     18.11.2018
    ABŞ Suriyada daha 40 dinc sakini qətlə yetirdi
    ABŞ BMT və beynəlxalq aləmin sükutu və reaksiyasızlığı kölgəsində Suriyada mülki qətliamını davam etdirir.
     18.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ