EURO 1,9978 NEFT 78,65
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:27.04.2018 14:42:45

Yeni Günəşli qəsəbəsində yerləşən Fatimeyi-Zəhra (s.ə) məscidində bu gün cümə xütbəsi edilməyib

İslamazeri.com xəbər verir ki, Yeni Günəşli qəsəbəsində yerləşən Fatimeyi-Zəhra (s.ə) məscidində bu gün cümə xütbəsi edilməyib. Buna səbəb ötən həftədən məscidin axundu, ilahiyyatçı Hacı Ramil Bədəlovun naməlum səbəblərdən məscidin axundluğundan imtina etməsi olub.

Bundan sonra sosial şəbəkələrdə və islami camiədə müxtəlif fikirlər səsləndirilib. Hacı Ramil Bədəlov isə açıqlama verməyib.

Bu gün isə, məsciddə cümə xütbəsi oxunmayıb və Fatimeyi-Zəhra (s.ə) məscidinin icmasının sədri İlqar Abdullayev çıxış edib. 

O çıxışında bəzi mətləblərə açıqlama verib.

"Bu gün müəyyən səbəblərə görə cümə xütbəsi edilməyəcək. Sadəcə son zamanlarda məlum məsələlərlə bağlı hamının narahatçılığını nəzərə alıb, bir-iki dəqiqəlik açıqlamanı, çıxış etməyi özümüzə borc bilirik. Əziz qardaşlar, hamınız biləsiniz ki, əziz qardaşımız Hacı Ramil özü öz istəyilə bu məsciddə fəaliyyətinə son qydu. Bu məsələlərlə bağlı bu (red: məsciddəki fəaliyyətini dayandırmaq) özünün şəxsi qərarıdır.", -deyə  İlqar Abdullayev bildirib.

İlqar Abdullayev bildirib ki,  bu mövzular sosial şəbəkələrdə müzakirəyə çıxarılır və müxtəlif fikirlər, iddialar səsləndirilir. Lakin bunun ən geniş açıqlamasını Hacı Ramil Bədəlov verə bilər.

"İnşəllah özü məsləhət bilər, nə vaxtsa açıqlama verər, verməz də onun öz işidir. Bu məscidin tarixçəsini çox gözəl bilirsiz. Belə məqamlarda bəzən sui-istifadə edənlər var. Hətta bu məsciddən də anlaşılmamazlıqdan istifadə edənlər olsun. Məscidin içində müzakirələr etməyək, olmaz. Çünki məscidin içi müzakirə yeri deyil. Bu müzakirələrdən kimlərsə istifadə edib, məscidin özünə ziyan vura bilər. Biz burdayıq, kim istəyər , məsciddən qıraqda bu məsələləri müzakirəyə hazırıq. Xahiş edirik məscidin içində müzakirə etməyək, hamı məscidin tikilib hazır olmasını istəyir.", -deyə  İlqar Abdullayev əlavə edib.

O məscidin sənədləşmə və tikinti işlərinin da qaydaya düşməsini bildirərək, ötən həftə Hacı Ramil Bədəlovun yerinə, QMİ təmsilçisi Mircəfər Əyyubovun gəlməsinə də aydınlıq gətirib: "Hacı Ramil qardaş gedəndən sonra, məscidə QMİ tərəfindənn müvəqqəti axund təyin edilməliydi. Mircəfər ağa özü Təzə Pirdə axunddur, onun burda axund olmasına ehtiyac yoxdur. Bu məsələlərdə də, sosial şəbəkələrdə anlaşılmamazlıqlara yol verilir. Bir nəfər həbs olunanda, ya özü vəkil tutur, ya da dövlət özü vəkil təyin edir. Bu məsələ təxminən bu cürdür (Mircəfər Əyyubovun təyin edilməsi). Məscidin öz axundu olmadığı təqdirdə, QMİ-nin vəzifəsidir ki, özü axundla təmin etsin. Lakin hamınızın tanıdığınız, bu məsciddə fəaliyyəti olan Hacı Surxay Əhmədovun axundluğunu irəli sürmüşük, aidiyyətli qurumlara, xüsusilə Qafqaz Müsəlmanlar İdarəsinə sizin xahişlərinizi nəzərə alıb, çox güman gələn həftədən Hacı Surxayın imamətliyi ilə fəaliyyət davam edəcək."

Məscidin keçmiş axundu Ramil Bədəlov

 

Hacı Surxay Əhmədov bu gündən "Fatimeyi Zəhra" məscidinin yeni axundu

 

Fatimeyi-Zəhra (s.ə) məscidinin icmasının sədri İlqar Abdullayev 

 

Qeyd edək ki, ötən ilin fevral ayında məscidin ərazisilə bağlı problemlər yaranmış, məscidin ərazisinin alınması gündəmə gəlmişdi. Etirazlardan sonra QMİ məscidin 25 sot ərazisinə dəyilməyəcəyini bildirmiş, bundan sonra Hacı Ramil Bədəlov məscidin 25 sot deyil, 130 sot olduğunu açıqlamışdı. Vəkil Cavad Cavadov isə məsciddən 105 sot torpaqın alınmasını bildirmişdi.

Onu da qeyd edək ki,  bu gün ilahiyyatçı Hacı Şahin Həsənli də bu məsələlərdən danışıb.

 

Bakı şəhər İcra Hakimiyyətinin 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində “Fatimeyi Zəhra” məscidi dindarlarının dini icmasına 1,3 ha torpaq sahəsi ayrılaraq məscid-mədrəsə komleksinin tikintisinə icazə verilib.

Həmin ərazi məscidin daimi istifadəsinə verildiyindən hasara alınıb və məscid inşa edilməyə başlanıb. Məscidin tikintisinə 1990-cı illərin sonunda başlanmışdır. 

Sonradan məscidin tam olaraq tikintisinə imkan verilməyib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 31 oktyabr 2002-ci il tarixli sərəncamı ilə əvvəlki - 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncam etibarsız hesab edilib.

Bundan sonra məscidi qeyri-legitim hesab edən Suraxanı rayon İcra Hakimiyyəti məscidi qarşı məhkəməyə verərək, məhkəmədən torpağın qaytarılmasını, məscidin sökülməsini xahiş edib. Bundan sonra Bakı mərkəzində geniş aksiya keçirilib və məscid sökülməsinə etiraz dalğası yaranıb. Bir çox ruhani-ilahiyyatçlar, ictimai fəallar məscidin sökülmə qərarına etirazlarını bildiriblər.

Dini icma qarşılıqlı iddia qaldıraraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 31 oktyabr 2002-ci il tarixli sərəncamının ləğv edilməsini və qanunazidd hərəkətlərin dayandırılmasını xahiş edib.

Həmin dövrdə dindarların hüquqlarını vəkil Aslan İsmayılov müdafiə edib. Cəmiyyətin təbəqələrinin sərt təpkisinə baxmayaraq 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə torpaq sahəsinin geri alınaraq məscidin sökülməsinə qərar verib.

2009-cu ildə məscidin qanunsuz tikili kimi sökülməsinə dair məhkəmə qərar çıxarsa da, 2010-cu ildə prezident İlham Əliyev məscidi Qafqaz Müsəlmanları İdarəsinin balansına verərək, sökülmə qərarını ləğv etmişdir.

Məhkəmə qərarları Ali Məhkəmənin Plenumunda ləğv edilib, Bakı Apellyasiya Məhkəməsində 29.12.2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 613 saylı 31 oktyabr 2002-ci il tarixli sərəncamı etibarsız hesab olunub, Suraxanı rayon İcra Hakimiyyətinin iddiası təmin edilməyib, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi mərkəzi massivində yerləşən 1,3 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş məscid komleksi Qafqaz Müsalmanlan İdarəsinin balansına verilib.

Qətnamə qanuni qüvvəsini alıb və 6 il keçməsinə baxmayaraq məscid natamam olaraq qalıb. Buna baxmarayaq məscid fəaliyyət göstərir və orada ibadətlər edilir. Məscidin axundu olmuş Hacı Ramil Bədəlov ötən həftədən açıqlamadığı səbəblərdən fəaliyyətindən uzaqlaşıb. 

 

SAYTA DƏSTƏK VERİN, DAVAM EDƏ BİLƏK...


"Fatimeyi-Zəhra" (s.ə) məscidinə yeni axund təyin olunub, bəzi məsələlərə aydınlıq gətirildi - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sabaha olan hava proqnozu açıqlandı
    Atmosfer təzyiqi norma daxilində 761 civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək
     21.05.2018
    Səudiyyədə qadınların avtomobil sürmək hüququnu tələb edənlər həbs olundu
    Səudiyyə Ərəbistanında qadınların avtomobil sürmək hüququnu tələb edən fəallar həbs edilib
     21.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ