EURO 1,9044 TRY 0,2527
USD 1,7 RUB 0,0248
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:19.04.2019 15:53:48

“Donald Trampın komandasının üzvləri “Əsrin sazişi” üzrə mövqe sərgiləyərək bir-biriləri ilə yarışırlar"

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, Fələstin Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, “fələstinlilər nəinki öz torpaqlarını satmırlar, onlar üstəlik öz haqlarını da tələb edirlər”.

“Donald Trampın komandasının üzvləri “Əsrin sazişi” üzrə mövqe sərgiləyərək bir-biriləri ilə yarışırlar. Komandanın məqsədi planın icrası üçün narahatlıq yaratmaqdır”, - deyə qeyd edilib.

“Əsrin sazişi” adlı plan dəfələrlə düzəlişlərə məruz qalıb ki, İsrail rejimin Baş naziri Binyamin Netanyahu onu qəbul etsin. İsrailin Vaşinqtondakı səfiri deyib ki, onlar bu plana əmindirlər”, - deyə vurğulanıb.

Fələstin XİN-n məlumatına görə, Donald Tramp administrasiyası məlum planın siyasi hissəsinin böyük hissəsini yerinə yetirib, bu planın kiçik bir hissəsi qalıb. Qüdsün İsrail rejiminin paytaxtı olaraq tanınması isə bu planın görkəmli hissələrindən biridir.

“ABŞ səfirliyinin Qüdsə köçürülməsi, Vaşinqtonda yerləşən Fələstin Azadlıq Təşkilatının (FAT) nümayəndəliyinin qapadılması, BMT-in fələstinli qaçqınlara yardım və işlərin təşkili üçün Yaxın Şərq Agentliyinə edilən maliyyə yardımının dayandırılması, işğal edilmiş ərazilərdə salınmış yəhudi yaşayış məntəqələrinin tanınması da “Əsrin sazişi”nin yerinə yetirilmiş bəndləridir”

Qeyd etmək lazımdır ki, ABŞ-ın hazırladığı “Əsrin sazişi”nə əsasən, müqəddəs Qüds şəhəri İsrail rejiminə verilir, fələstinli qaçqınları isə vətənlərinə geri dönmək haqqından məhrum edilirlər. Fələstin isə İordanı çayının Qərb sahilindəki ərazilərin qalıqlarına və Qəzza sektoruna sahib olur.


Fələstin: Biz torpaq satmırıq!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tramp Nyu-Yorka qoşun yeritməyə çağırdı
    O bildirib ki? Nyu-Yorkda vəziyyət nəzarətdən çıxıb...
     03.06.2020
    Ermənistan təyyarələrinin Avropa İttifaqı üzərindən uçuşu qadağan edildi
    Avropa Komissiyasının “qara siyahısı"na Ermənistanın “Aircompany Armenia”, “Armenia Airways”, “Armenian Helicopters”, “Atlantis Armenian Airlines”, “Atlantis European Airways”, “Mars Avia” və “Skyball” şirkətləri daxil edilib.
     03.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ