EURO 1,8757 TRY 0,2945
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:09.05.2019 10:17:10

Fələstin Müqaviməti İsraili atəşkəsə sürükləyən səbəblər, yeni raketlər və İranın dəstəyindən danışıb

Fələstin Müqavimətinin əsas güclərindən olan "İslami Cihad" təşkilatının "Qüds" briqadasının sözcülərindən Əbu Həmzə İsraili atəşkəsə sürükləyən səbəblər, yeni raketlər və İranın dəstəyindən danışıb.

İslamazeri.com xəbər verir ki, bu haqda "Palinfo" məlumat və videomüraciət yayıb.

Əbu Həmzə İsrailin atəşkəsin şərtlərinə əməl etmədiyi təqdirdə yeni müharibənin başlayacağını bildirib.

Onun sözlərinə görə, İsrailin atəşkəs üçün müraciət etməsi və Fələstin tərəfinin bütün tələblərini qeyd-şərtsiz əməl etməsilə bağlı verdiyi vədlər, fələstinli döyüşçülərin qəhrəmanlığı, xüsusilə ilk dəfə istifadə edilən Kornet və "Bədr3" raketlərinə görə olub.

"İslami Cihad əvvəl də bildirmişdi ki, "Bədr3" raketləri Qəzza sərhədlərindən daha uzun məsafədə düşmənin hədəflərini vurmaq iqtidarındadır. Bu raketlər "İslami Cihad"ın mühəndisləri tərəfindən istehsal üçün yaradılıb. Bu hərbi nailiyyətlər İran İslam Respublikasının dəstəyi ilə gerçəkləşmişdir.", -deyə İslami Cihad təmsilçisi bildirib.

Əbu Həmzə HƏMAS-ın "İzzəddin Əl Qəssam" briqadasına koordinasiyalı döyüş üçün də təşəkkürnü bildirib.

Qeyd edək ki, bundan əvvəl "İslami Cihad" təşkilatının liderlərindən olan Ziyad Nəxlə "Almayadeen" telekanalına müsahibəsində İsrailin atəşkəsə və bütün tələblərə əməl edəcəyini Təl-Əvəvin raket atəşinə tutulacağı xəbəri onlara çatdıqdan sonra açıqladığını önə çəkmişdi.

Xatırladaq ki, təkcə Fələstin Müqaviməti İsrailin atəşkəsə məcbur olduğunu demir, İsrail içində keçmiş generallar, siyasətçilər də bu fikirdədirlər.

Kaxol-lavan partiyasının liderlərindən olan Yair Lapid atəşkəsi sərt tənqid edərkən deyib: "690 raket, 4 ölü və baş nazir İsrail vətəndaşlarına açıqlama vermir - bu qorxaqlıqdır. Vətəndaşlarla danışın, nə baş verdiyini açıqlayın, Daxili Cəbhənin komandanlığını açıqlama verməsinə zəmin yaradın. Bu atəşkəs deyil, kapitulyasiyadır. Bu siyasi cəsarət deyil, qorxaqlıqdır. İsrail vətəndaşları ilə görüşməyə belə cəsarətləri yoxdur."

Netanyahunun seçkilərdəki rəqibi, keçmiş qərargah rəisi Benni Qants isə "700-ə yaxın raketlər İsrail əraizlərinə tuş gəlib. Çoxlu yaralı və 4 ölümüz var - bu hökümətin çəkinməsinin nəticələridir. Sonu isə HƏMAS-ın şantajlarına boyun əymək olacaq.", -deyə bildirib. Bu haqda ƏTRAFLI XƏBƏR


Fələstin Müqavimətindən İsraili atəşkəsə sürükləyən səbəb, yeni silahlar və İran haqda AÇIQLAMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Əli Əkbər Vilayətini Bakıda həbs edin, bizə təhvil verin” - Argentinadan tələb...
    Argentina hökuməti İranın yüksək vəzifəli rəsmisini Bakıya yaxın günlərdə edəcəyi səfər zamanı həbs olunub bu ölkəyə təhvil verilməsi üçün Azərbaycan tərəfinə rəsmi müraciət edib.
     12.11.2019
    Azərbaycan neftinin bu günə olan qiyməti
    Azərbaycan neftinin bu günə olan qiyməti haqqında məlumat.
     12.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ