1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:17.05.2020 21:56:51

Fələstinin "İslami Cihad" hərəkatının Tehrandakı nümayəndəsi Nasir Əbu Şərif Qarabağ ilə bağlı mövqelərini açıqlayıb.

İslamazeri.com eastnews-a istinadən verdiyi xəbərə görə, Fələstinin "İslami Cihad" hərəkatının Tehrandakı nümayəndəsi Nasir Əbu Şərif Qarabağ ilə bağlı mövqelərini açıqlayıb.  

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən "Sionist Rejimin Çöküşü və Qüdsün Gələcəyi" başlıqlı seminara qatılan Nasir Əbu Şərif çıxışında Fələstin xalqının cəsur olduğunu vurğulayıb.  

Nasir Əbu Şərif video konfrans vasitəsilə qatıldığı seminarda Azərbaycan xalqına da çağırış edib.  

"Biz Qarabağı Azərbaycanın ayrılmaz parçası olaraq qəbul edirik. Qarabağ İslam torpağıdır və müsəlman Azərbaycan xalqına aiddir. Əgər Azərbaycan xalqı Fələstini dəstəkləyərsə, biz də gələcəkdə Qarabağ məsələsində Fələstin xalqı Azərbaycanı dəstəkləyəcək", - deyə Nasir Əbu Şərif diqqətə çatdırıb.  

O, qeyd edib ki, həm Azərbaycan xalqı, həm də Fələstin xalqı işğala məruz qalıb və eyni dərdə şərikdirlər. 


Fələstinin İslami Cihad Hərəkatı Qarabağla bağlı mövqeyini açıqladı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müzəffər Azərbaycan Ordusu Qubadlının 4 kəndini işğaldan azad etdi
    İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib.
     23.10.2020
    Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndi işğaldan azad olundu
    Prezident İlham Əliyev özünün tvitter hesabında yazıb.
     23.10.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ