EURO 1,8823 TRY 0,2978
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.10.2019 11:22:46

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev açıqlama verib

Təəssüf ki, Ermənistanda radikal və döyüşkən millətçilik mühitində siyasi və intellektual dairələr ölkə siyasətini region və dünyada baş verən proseslərdən təcrid olunaraq nəzərdən keçirirlər. Davam edən siyasi işğal, ərazi iddiaları və tarixi faktların saxtalaşdırılması da bundan qaynaqlanır.

Bunu Trend-ə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçılarının Şurası çərçivəsində təşkil olunmuş görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev çıxışında nasist cinayətkarların xüsusilə Ermənistanda qəhrəmanlaşdırılması məsələsinə toxunub və Ermənistanın əvvəlki rəhbərliyinin Qaregin Njdenin şərəfinə abidə ucaltması məsələsini misal göstərib. Cavab olaraq Ermənistan Baş naziri kifayət qədər uğursuz şəkildə Njde məsələsinə erməni-türk tarixi nöqteyi-nəzərindən haqq qazandırmağa çalışıb:

"Njdenin İkinci Dünya müharibəsi zamanı törətdikləri məlumdur və milli tarixə istinadlar bu əməllərə haqq qazandıra bilməz. Prezident İlham Əliyev cavab çıxışında Njde ilə bağlı bir sıra tarixi faktlara aydınlıq gətirib və xüsusilə qeyd edib ki, əgər indiki Ermənistan rəhbərliyi əvvəlki rəhbərliyin səhvlərini düzəltməyə çalışırsa, o zaman müəyyən nəticələr çıxarmalıdır.

Ümumilikdə, nasist cinayətkarlar qədər Monte Melkonyanın timsalında məşhur terrorçuların da qəhrəmanlaşdırılması Ermənistanda çox aktualdır. Təəssüf ki, Ermənistanda radikal və döyüşkən millətçilik mühitində siyasi və intellektual dairələr ölkə siyasətini region və dünyada baş verən proseslərdən təcrid olunaraq nəzərdən keçirirlər. Davam edən siyasi işğal, ərazi iddiaları və tarixi faktların saxtalaşdırılması da bundan qaynaqlanır".


Fərid Şəfiyev: Məşhur terrorçuların qəhrəmanlaşdırılması Ermənistanda çox aktualdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranda iğtişaşçılara etiraz,  Ayətullah Xameneiyə dəstək mitinqi - VİDEO, FOTO
    İranda benzin bahalaşmasından istifadə edən iğtişaşçılara etiraz əlaməti olaraq Təbrizdə və bir çox şəhərdə mitinqlər keçirilib
     20.11.2019
    Trampın impiçment araşdırması davam edir
    ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçment araşdırması ilə bağlı ictimaiyyət üçün açıq dinləmələri davam etdirir.
     20.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ