EURO 2,0842 NEFT 69,33
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:14.11.2017 17:56:53

Babaş Babaşov: “Bu səbəbdən yüksək keyfiyyətli pambıq toxumunu əkmək üçün bankdan götürdüyüm 2800 manat aqrar krediti ödəyə bilmirəm”

Sabirabad rayonu Qaralar kənd sakini Babaşov Babaş İsmayıl oğlu pambıq sahəsində dəymiş ziyana görə Sabirabad rayon İcra Hakimiyyətindən kompensasiya ödənilməsini tələb edib.

Bu barədə şikayətçinin özü bizimyol.info xəbər portalına məlumat verib.
O, deyib ki, 2016-cı ilin noyabr ayında Qaralar kənd bələdiyyəsi ilə onun arasında bağlanmış müqaviləyə əsasən ona 3 hektar torpaq sahəsi icarəyə verilib: “Müqaviləyə əsasən həmin torpaq sahəsi 1 il müddətinə mənə icarayə verildi. Müqaviləyə əsasən mən orda pambıq əkdim. Müqavilə başa çatmamış mənə icarəyə verilən torpaq sahəsinin 1 hektar sahəsində pambıq məntəqəsinin tikilməsi üçün Qaralar kənd bələdiyyəsinin sədri Nəzirağa Quliyev bu ilin iyul ayında satıb. Mən mənə dəymiş zərərə görə kompensasiyanın ödənilməsini tələb edirəm”.

B.Babaşovun sözlərinə görə, o Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Həsən Həsənova müraciət edib: “Torpaq sahəsi icra başçısının müavinin göstərişi əsasında satılıb. H.Həsənov mənə kompensasiyanın ödənilməyəcəyini bildirdi. Məmur özbaşınalığı ilə bağlı mərkəzi icra hakimiyyəti qurumlarına müraciətlər etmişəm. Prezident Administrasiyasına, Kənd Təsərrüfatı Nazirliyinə və Daxili İşlər Nazirliyinə etidiyi müraciətlərim yerli icra hakimiyyətinə göndərilib. Nəticədə müaciətlərim baxılmamış qalıb, nəticəsiz qalıb”.
Fermer deyir ki, yüksək keyfiyyətli pambıq toxumunu əkmək üçün kredit götürüb: “Mən bankdan 2800 manat aqrar kredit götürmüşəm. Mən hətta təklif edirəm ki kompensasiyanı mənə deyil banka ödəyin, yəni mənim borcumu bağlayın. Başqa heç nə istəmirəm. Onu da etmirlər. Bu səbəbdən yüksək keyfiyyətli pambıq toxumunu əkmək üçün bankdan götürdüyüm 2800 manat aqrar krediti ödəyə bilmirəm”.


Fermer pambıq sahəsinin zəbt olunduğunu iddia edir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ruhaninin
    Yanvar ayının 8-də İran prezidenti Maliyyə və İqtisadiyyat nazirləri, o cümlədən millət vəkillərilə görüşü zamanı verdiyi açıqlamalara böyük din alimlərinin etirazları davam etməkdədir.
     23.01.2018
    Neft və qızıl bahalaşıb
    Dünya birjalarında neft və qızıl bahalaşıb.
     23.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ