1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:31.05.2019 19:10:56

İki il əvvəl Tbilisidən oğurlanaraq Bakıya aparıldığını iddia edən Əfqan Muxtarlının xanımı Leyla Mustafayeva həbsdə olan jurnalistin təmas dairəsinin məhdudlaşdırıldığını bildirir.

İki il əvvəl Tbilisidən oğurlanaraq Bakıya aparıldığını iddia edən Əfqan Muxtarlının xanımı Leyla Mustafayeva həbsdə olan jurnalistin təmas dairəsinin məhdudlaşdırıldığını bildirir.

Əfqan Muxtarlı 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, 2017-ci ilin may ayında dövlət sərhədini qanunsuz keçməkdə, qaçaqmalçılıqda və dövlət qulluqçusuna xəsarət yetirməkdə təqsirkar tanınıb.

BBC News Azərbaycancaya danışan Leyla Mustafayeva deyib ki, Əfqan Muxtarlıya ailə üzvləri ilə vəkilindən başqa heç kimlə görüşməyə icazə verilmir.

"Buna haqqı olsa da, iki ildir ki, Əfqana ailə üzvləri və vəkilindən başqa heç kimlə görüşməyə icazə vermirlər", - Leyla Mustafayeva BBC News Azərbaycancaya bildirib.

"Dostları ilə görüşməyə icazə vermirlər. Bütün təmasları məhdudlaşdırılır".

Penitensiar Xidmət bildirir ki, ailə üzvləriylə vəkildən başqa görüşlərə dair qərar cəzaçəkmə müəssisəsinin səlahiyyətlərinə aiddir.

"Görüşə gələnlər cəza çəkənə müsbət təsir göstərməlidir, əks-təqdirə buna icazə verilməyə bilər. Bu, qanunvericilikdə göstərilib", - konkret hallara varmadan BBC News Azərbaycancaya danışan Penitensiar Xidmətin nümayəndəsi deyib.

Mayın 29-da Tbilisidə keçirilən aksiya iştirakçıları iki ildir ki, cəza çəkən Əfqan Muxtarlını azad etməyə səsləyiblər.

"Biz göstəririk ki, Əfqanı unutmamışıq, onunla bağlı bütün məsələləri diqqətlə izlıyirik və onun azadlığı üçün əlimizdən gələni edəcəyik. Biz Əfqanla bağlı Azərbaycan və Gürcüstan hakimiyyıtindən birlikdə etdikləri qanusuzluqlara son qoymağı və Əfqana azadlıq tələb edirik", - Turan agentliyi aksiya iştirakçısı, NİDA hərəkatından İlkin Rüstəmzadənin sözlərindən iqtibas gətirir.

Leyla Mustafayeva hazırda Almaniyada yaşayır
Ərinin məhkum olunmasının ardınca övladı ilə birlikdə Gürcüstanı tərk edib Almaniyaya sığınan Leyla Mustafayeva deyir ki, Gürcüstanda Əfqan Muxtarlının işi ictimaiyyətin diqqət mərkəzində qalsa da, hakimiyyətin apardığı araşdırmanın inkişafına dair əlamətlər nəzərə çarpmır.

"Araşdırmanın sonu görünmür. Gürcüstan hakimiyyətində təmsil olunan siyasi qüvvələrin məsuliyyətiylə bağlı suallar yarana bilər. Mən inanmıram ki, hökumət bu işdə maraqlıdır".

Beynəlxalq təşkilatlar cənab Muxtarlının həbsini tənqid edib, jurnalistin həyatı üçün Gürcüstan və Azərbaycanın məsuliyyət daşıdığını bildirirlər.

Gürcüstan cənab Muxtarlının Azərbaycan tərəfinə ötürülməsində əli olduğu barədə iddiaları təkzib edir. Baş nazir Mamuka Baxtadze bildirib ki, aparılan araşdırma cavabsız qalan suallara aydınlıq gətirməlidir.

2017-ci ildə baş verən qalmaqallı "sərhəd hadisəsindən" sonra Gürcüstanın Sərhəd Polisi və Əks-kəşfiyyat Departamentinin başçıları müvəqqəti olaraq vəzifədən kənarlaşdırılıb.

Leyla Mustafayeva isə artıq nə Azərbaycandan, nə də Gürcüstandan cavab gözləyir. O, ümidini Avropa İnsan Hüquqları Məhkəməsinin araşdırmasına bağlayır.

Əfqan Muxtarlının Gürcüstan və Azərbaycandakı vəkilləri Avropa Məhkəməsinə 2017-ci ildə müraciət ediblər. Ərizədə şəxsi toxunulmazlıq, ədalətli məhkəmə və hərəkət azadlığı ilə bağlı bır sıra hüquqların pozulduğu qeyd olunur.

2017-ci ildə Avropa Parlamenti Əfqan Muxtarlıya qarşı ittihamlarının ləğvinə və onun azad edilməsinə səsləyib.

Leyla Mustafayeva


Əfqan Muxtarlının xanımı: Araşdırmanın sonu görünmür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Ordusu  77 PKK terrorçusunu məhv edib
    Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında 77 PKK terrorçusunu zərərsizləşdiriblər.
     16.06.2019
    İran ABŞ-ın tankerlərinə hücum iddiasına cavab verdi
    İran Parlamentinin sədri ABŞ-ın iddialarına cavab verib.
     16.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ