EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:26.08.2019 15:02:00

Bazar ertəsi günü Fransanın kurort şəhəri Biarritzdə "böyük yeddilik" ölkələrinin sammitinin sonuncu - üçüncü günü keçiriləcək.

Bazar ertəsi günü Fransanın kurort şəhəri Biarritzdə "böyük yeddilik" ölkələrinin sammitinin sonuncu - üçüncü günü keçiriləcək.

Bazar günü Amerika Birləşmiş Ştatlarının (ABŞ) nümayəndə heyətinə böyük sürpriz İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif olub. Şənbə günü isə qızğın müzakirələrə Rusiyanın bu dünya ölkələrinin inkişafına çalışan elit kluba geri qaytarılması ilə bağlı olub.

Bazar ertəsi günü gözlənildiyi kimi, G-7 liderlər Amazon yanğınlarına kömək üçün texniki və maddi kömək planını müzakirə edəcəklər.

Fransa Prezidenti Macronun sözlərinə görə, Braziliyadakı vəziyyət beynəlxalq böhran səviyyəsinə çatır.

Biarritzdən verilmiş məlumata görə, tərəflər müvafiq razılaşmasnı imzalamağa hazırlaşırlar.

Rusiyanın vaxtına hələ var

Donald Tramp jurnalistlərə deyib ki, G-7 liderləri Rusiyanın bu kluba qaytarılması imkanlarının müzakirə ediblər.

"Bəzi şəxslər Rusiyanın qayıtmasını istəyirlər. Düşünürəm ki, bu bütün dünya üçün xeyirli olardı. Məncə bu müsbət addım olardı. Mənimlə bu məsələdə həmfikir olanlar var və biz bunu müzakirə edirik. Məhz hansı qərarı qəbul edəcəyimizi bilmirəm, ancaq ötən axşam biz Rusiyanı geri qayıtması üçün dəvət etməyi istəyib-istəmədiyimizi müzakirə etdik", Donald Tramp bazar günü deyib.

Tramp-ın bu təklifi sammitdə anlayışla qarşılanmayıb.

"Görüşdə müzakirələr G-7-lərin liberal demokratlar olması yönündə olan fikirlərə görə yüngülcə gərginləşdi.. Tramp bu nəzər nöqtəsini paylaşmayıb", adının çəkilməsini istəməyən məmurlardan biri Reuters-ə söyləyib.

Tramp düşünür ki, Rusiyanın əsas oyunçu olduğunu nəzərə alaraq, Suriya və İran kimi bəzi məsələlər üzrə danışıqlara Putinin cəlb edilməsi töhvə verə bilər.

Bununla yanaşı, Fransa Press-in diplomatik dairələrə istinadən verdiyi məlumata görə G-7-nin digər liderləri düşünür ki, Rusiyanı qrupa qaytarmaq üçün çox tezdir.

Rusiyanın G-8 iclaslarına dəvət olunması Krımın ilhaqından və Ukraynanın cənub-şərqindəki münaqişədən sonra dayandırılıb.

Fransa Prezidenti Makron hesab edir ki, "Böyük Səkkizlik"-yi Ukraynadakı münaqişənin həll olunmadığı vaxtda Rusiyanın iştirakı ilə canlandırmaq aparıcı dünya güclərinin zəifliyinin təzahürü olacaq.

Tramp üçün günün sürprizi

Bazar günü G-7 sammiti çərçivəsində keçirilən görüşlərdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də görünüb və Barritzdən verilən xəbərə görə, bu, Trump və Amerika nümayəndə heyəti üçün sürpriz olub.

 

(BBC Az.)

 


Fransada G-7 sammitində Trampa "ZƏRİF SÜRPRİZ"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gəncədə atanı döyüb, iki oğlunu bıçaqladılar
    Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
     21.09.2019
    Avropa İttifaqı: Plastik torbalar ödənişli olsun
    Biz istərdik ki, plastik torbalar ödənişli olsun. Bəlkə o zaman insanlar onu almaq istəməzlər.
     21.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ