EURO 1,8725 TRY 0,2943
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:12.11.2018 09:07:43

Bunu Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan-Fransua Mansel bildirib.

“Fransada Azərbaycanın Dostları Assosiasiyası və Azərbaycanın Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi azərbaycanlı qaçqınların və məcburi köçkünlərin öz torpaqlarından qovulması ilə bağlı birgə əməkdaşlığa başlayıb. Bu məqsədlə Azərbaycanın dostları məcburi köçkünlərlə görüşmək üçün Azərbaycana gələcəklər”.

Bunu Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan-Fransua Mansel “Report”un Qərbi Avropa bürosuna açıqlamasında bildirib.

O deyib ki, Azərbaycana son səfərim zamanı komitə sədri Rövşən Rzayev Ermənistanın təcavüzü nəticəsində qaçqın və köçkün düşmüz insanlarla bağlı müzakirələri olub: “1 milyondan çox olan bu insanlar Azərbaycan əhalisinin 10 faizini təşkil edirlər ki, bu kolosal böyük rəqəmdir. Qərara gəldik ki, onların hansı şəkildə torpaqlarından qovulduqları, vərdiş olduqları həyatlarına, öz evlərinə, öz torpaqlarına məhrum olaraq qaçqın və məcburi köçkün həyatı sürməyə məhkum olmalarını fransalılara daha yaxından, dönə-dönə anlatmalıyıq. Fransa və ümumiyyətlə Avropanın digər ölkələrində azərbaycanlı məcburi köçkünlərin talelərinə yazılmış bu faciəyə biganə yanaşılır. Lakin buna göz yummaq yolverilməzdir. Bunun üçün biz Azərbaycanın dostlarından ibarət müxtəlif sahələr üzrə əmək fəaliyyəti olan və problemlərə ən müxtəlif mövqelərdən yanaşmağa qadir kiçik bir nümayəndə heyətinin Azərbaycana səfərini planlaşdırırq. Nümayəndə heyətinin tərkibinə Fransa Parlamentinin üzvü, keçmiş senator, Fransa merləri Assosasiyasının prezidenti, yazıçı -professorlar daxildir. Məqsədimiz bu köçkünlərin taleyi barədə olayları Fransaya gətirərək ictimailəşdirməkdir. Səfərimiz zamanı Cocuq Mərcanlıda olaraq hələlik simvolik bir rəqəm də olsa, öz torpaqlarına geri qayıtmaq nəsibi olmuş azərbaycanlı məcburi köçkünlərlə görüşərək onların torpaqlarının azad edilməsindən sonra oz dədə-baba yurdlarına qayıtmalarına dair təəssüratlarını, hazırkı yaşayışlarını öyrənməkdir.”


Fransadan olan nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edəcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutuldu
    Bakıda sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan dəstənin üzvü saxlanılıb.
     13.11.2019
    Rusiyada erməni nasistinin xatirə lövhəsi qara boya ilə boyanıb
    Rusiyanın Armavir şəhərində faşist əlaltısı Qaregin Ter-Arutyunyana (Njde) qoyulan xatirə lövhəsi qara boya ilə boyanıb.
     13.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ