EURO 1,9978 NEFT 78,59
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:11.02.2018 20:48:44

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XV turuna yekun vurulub.

İkinci günün ilk qarşılaşmasında "Keşlə" klubu "Səbail"i qəbul edib.

Baş hakim Ramil Diniyevin idarə etdiyi matçın 34-cü dəqiqəsində Fəhmin Muradbəylinin qolu ilə qonaqlar hesabı açıb.

Meydan sahibləri fasilədən sonra hesabı bərabərləşdirməyə nail ola biliblər. Görüşün 55-ci dəqiqəsində Pərdis Fərcad-Azad fərqlənib.

Matç bu hesabla da başa çatıb.

Günün son qarşılaşmasında "Kəpəz" klubu "Baksell Arena"da "Neftçi"nin qonağı olub. Baş hakim Rəhim Həsənovun idarə etdiyi görüşün 86-cı dəqiqəsində Mirabdulla Abbasov "Neftçi"nin qələbə qolunu vurub.

Beləliklə turnir cədvəlinə 38 xalla “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 32 xalla ikinci, “Zirə” 31 xalla üçüncü, “Sumqayıt” 21 xalla dördüncü, “Neftçi” 19 xalla beşinci yeri tutur. Sonrakı yerlərdə “Səbail” (14 xal), “Keşlə” (9 xal) və “Kəpəz” (7 xal) qərarlaşıb.(AzerTac)


Futbol üzrə Azərbaycan Premyer Liqasının XV turuna yekun vurulub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Astanada Xəzərin statusu üzrə işçi qrupunun iclası keçirilir
    Danışıqlarda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edir.
     21.05.2018
    Bakıda parkda soyğunçuluq edən şəxslər tutulub
    Faktlarla bağlı rayon polis idarələrində araşdırmalar aparılır.
     21.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ