Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:6.12.2021 14:27:31

Növbəti aydan etibarən avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən ƏDV geri qaytarılmayacaq.

İslamazeri.com xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov məlumat verib.
"ƏDV geri al" layihəsi çərçivəsində növbəti aydan tətbiq ediləcək dəyişikliklər ilə bağlı müraciətlər ilə bağlı qeyd etmək istərdik ki, "Vergi Məcəlləsi"nin 165-ci "Verginin sıfır (0) dərəcəsi ilə tutulması" maddəsinə bir sıra dəyişikliklər edilib və artıq bu dəyişikliklər ötən cümə günü Milli Məclis tərəfindən təsdiq olunub", - deyə deputat bildirib.
O əlavə edib ki, yeni dəyişikliklərə əsasən, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən ƏDV geri qaytarılmayacaq. Əvvəllər bu istisna yalnız neft və qaz məhsullarına tətbiq olunurdu:
"Bununla yanaşı, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin də bir hissəsi gələn ildən etibarən geri qaytarılacaq. Digər dəyişiklik yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlıdır. Belə ki, yeni dəyişikliyə əsasən, fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və ya qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadrat metr və qeyri-yaşayış sahəsinin 500 kvadrat metrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.
Dəyişikliklər Azərbaycan prezidenti tərəfindən təsdiq olunduqdan sonra gələn aydan qüvvəyə minəcək".

Gələn aydan "ƏDV geri al"da dəyişikliklər olacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Xocalıda avtomobil aşıb, ölən var
    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
     18.08.2022
    İran
    İranın Kəşfiyyat Nazirliyi beynəlxalq miqyasda fəaliyyət göstərən terrorçunu həbs etdiyini açıqlayıb.
     18.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ