Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:6.12.2021 14:51:28

Gələn ildən vətəndaşların maaşlarından tutulacaq ödənişin miqdarı məlum olub.

Ölkə üzrə əhaliyə icbari tibbi sığorta xidməti göstərilir və buna görə vətəndaşların maaşlarından bir faiz ödəniş tutulur. Bu rəqəm gələn ildən iki faiz təşkil edəcək.

İslamazeri.com xəbər verir ki, “ARB 24”də yayımlanan “Nə baş verir?” verilişində məsələyə münasibət bildirən deputat Soltan Məmmədov deyib ki, həm işə götürənin, həm də işləyənlərin ödəyəcəyi iki faiz keçən il qeyri-dövlət təşkilatları üçün güzəşt olaraq bir faiz həcmində saxlanılmışdı.

Qeyd edək ki, icbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur.

1 yanvar 2020-ci ildən icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqinə başlanılıb. 1 aprel 2021-ci il tarixindən icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə edir.

Xidmətlər zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığorta olunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar linkdəki xidmətləri əldə edə bilərlər:

Əməkhaqqınızdan və ya gəlirinizdən tutulan icbari tibbi sığorta haqlarının məbləğini hesablamaq üçün keçidə daxil ola bilərsiniz.


Gələn ildən maaşlardan nə qədər pul tutulacaq? - AÇIQLAMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tədrisi digər dillərdə olan şagirdlərin nəzərinə:
    “Bu, ilk dəfə tətbiq olunsa da, pandemiyadan əvvəl hazırlanıb, elan edilmişdi".
     25.01.2022
    Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanıb
    Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
     25.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ