EURO 1,8968 TRY 0,2935
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:30.09.2019 10:27:49

2018-ci ildə Gəncə şəhərində baş verən hadisələrə görə, həbs edilən Eşqin Quliyevin Penitensiar Xidmətin müalicə müəssisəsində vəfat etdiyi bildirilir.

2018-ci ildə Gəncə şəhərində baş verən hadisələrə görə, həbs edilən Eşqin Quliyevin Penitensiar Xidmətin müalicə müəssisəsində vəfat etdiyi bildirilir.

Bu barədə məhbusun yaxınları bildirib. Amma məlumatı, hələlik, Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb.

Verilən məlumata görə, hazırda cənazə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə gətirilib.

Eşqin Quliyevin Hepatitdən əziyyət çəkdiyi bildirilirdi.

Təqribən 10 gün əvvəl, sentyabrın 19-da Sabunçu Rayon Məhkəməsində bir qrup “Gəncə məhbus”una hökm oxunmuşdu. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə Eşqin Quliyev də 20 il azadlıqdan məhrum edilmişdi. Gəncə hadisələrinə görə ümumilikdə 80-ə qədər şəxs həbs olunub. Onların işi bir neçə qrupa bölünərək məhkəməyə göndərilib. 7 qrupa hökm oxunub.Onlara 2 ildən 20 ilə qədər həbs verilib. Həmin şəxslər qətlə cəhd, hakimiyyət nümayəndəsinə müqavimət, iğtişaş salmaq və başqa əməllərdə ittiham olunub. Lakin onlar ittihamlarla razılaşmırlar.

Gəncə hadisələri ilə bağlı həbs olunan digər bir məhbsu Aydın Qurbanov bu il iyulun 9-da Penitensiar Xidmətin xəstəxanasında vəfat edib. Baş Prokurorluq və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin iyulun 11-də yaydığı birgə məlumatda belə deyilir:

"Aydın Qurbanov xəstəliyi ilə əlaqədar martın 15-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb və orda intensiv müalicə almasına baxmayaraq, iyulun 9-da vəfat edib."

Sonradan Apelyasiya Məhkəməsində bəzilərinin cəzası azaldılıb.6 nəfər də azadlığa buraxılıb. Bir qrupa isə hakimin yaxın günlərdə hökm oxuyacağı gözlənir.

Daha 17 nəfərin işi üzrə isə istintaq davam edir. Onların arasında Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən Yunis Səfərov da var.(amerikaninsnesi)


Gəncə məhbusunun vəfat etdiyi bildirilir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Həsən Ruhani Bakıya rəsmi səfərə gələcək
    İran prezidenti Həsən Ruhani və bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasına rəsmi səfərə gələcəklər.
     21.10.2019
    Bu il Azərbaycanda 34 dini icma dövlət qeydiyyatına alınıb
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) bu ilin 9 ayında dövlət qeydiyyatına alınan dini icmaların statistikasını açıqlayıb.
     21.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ