1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:12.07.2018 15:02:34

“Bu şəxslərin üzərində xəncər və digər kəsici alətlər olduğunu gözləmirdik”

İyulun 10-da Gəncədə baş verən iğtişaş zamanı xəsarət alan şəhər Baş Polis İdarəsinin post-patrul taborunun qərargah rəisi Samir Bayramov hadisənin təfərrüatlarını danışıb.

APA-nın qərb bürosunun məlumatına görə, S. Bayramov bildirib ki, hər şey gözlənilmədən baş verib: “Qəflətən kəsici alətlərlə, xəncərlərlə üstümüzə cumdular. Asayişi qorumaq üçün müdaxilə etdik və bu zaman xəsarət aldım”.

S. Bayramov qeyd edib ki, Gəncə polisinin rəhbər şəxsləri ilk növbədə hücuma məruz qalıblar: “İğtişaş zamanı bir neçə istiqamətdən kütlə gəlməyə başladı. Gözləməzdik ki, bu şəxslərin üstündən xəncər və digər kəsici alətlər çıxar. Ərazidə dinc əhali, körpə uşaqlar da var idi. Mən özümü müdafiə edərkən sağ ayağımın bud nahiyəsindən zərbə aldım. Xəncər əslində bədənimə doğru istiqamətlənmişdi”.

S. Bayramov ictimai asayişi qorumağın daxili işlər orqanlarının hər bir əməkdaşının vəzifə borcu olduğunu söyləyib: “Ali Baş Komandanın əmri olarsa, biz torpaqlarımızın müdafiəsinə də hazırıq”.


Gəncədə yaralanan polis danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Seyid Nəsrullah: Hizbullahın nə Venesuelada, nə də başqa ölkədə təşkilatı yoxdur
    Hizbullahının lideri Seyid Həsən Nəsrullah gündəm mövzuları ilə bağlı çıxış edib.
     16.02.2019
    Polad Bülbüloğlu və Rusiya DİN-in generalı çeçenlərlə azərbaycanlılar arasında insidenti müzakirə edib
    Hər iki iş məhkəməyə veriləcək və ictimaiyyət bu barədə məlumatlandırılacaq
     16.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ