1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:18.07.2019 22:35:34

“Yad təsirlər altında olan qüvvələr məqsədyönlü şəkildə Gürcüstan-Azərbaycan münasibətlərini pozmağa çalışırlar”.

“Yad təsirlər altında olan qüvvələr məqsədyönlü şəkildə Gürcüstan-Azərbaycan münasibətlərini pozmağa çalışırlar”.

Bu barədə “Report”un yerli bürosuna açıqlamasında Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri, şeyx Hacı Ramin İgidov Keşikçi Dağı Məbəd-Kompleksində baş verən son insidenti şərh edərkən bildirib.

O, sərhəddə yaşanan insidentin çox xoşagəlməz hal olduğunu deyib: “Azərbaycan və Gürcüstan arasında tarixən çox yaxşı münasibətlər olub. İki ölkə strateji müttəfiqdir. Azərbaycan bir çox məsələlərdə Gürcüstanın maraqlarını qoruyur. Azərbaycan Gürcüstan iqtisadiyyatının gücləndirilməsi və əhalisinin rifahının yaxşılaşdırılması üçün bu vaxta qədər bir çox mühüm addımlar atıb”.

GMİ sədrinin fikrincə, sərhəddə baş verən insident zamanı Gürcüstan vətəndaşlarının hərəkətində müəyyən nifrət hissi müşahidə olunub: “Bu, bəlkə də, dini hisslərin oyanması idi. Ya da təhrik olunmuşdu, belə ki, təbii deyildi. Azərbaycan sərhədçiləri insident zamanı çox təmkinli davrandılar və biz bunu alqışlayırıq”.

Onun sözlərinə görə, Gürcüstan azərbaycanlıları da bu vəziyyətdən son dərəcədə narahatdırlar: “Gürcüstan ictimaiyyəti bu məsələdə soyuqqanlı olmalıdır. Gürcüstan dövləti əhali arasında məlumatlandırma işi aparıb Azərbaycanın yad ölkə olmadığını xatırlatmalıdır. Azərbaycan Gürcüstana böyük önəm verir və qonşu ölkəyə dəstək və yardımını heç zaman əsirgəməyib. Gürcüstan xalqı da bunu bilməlidir”.

R.İgidov qeyd edib ki, Gürcüstan patriarxlığında Keşikçidağla bağlı keçirilən görüşdə bəzi gürcü dindarların fikirləri ilə bağlı GMİ-nin narahatlığı diqqətə çatdırılıb: “Patriarxlıq nümayəndələri bildirdilər ki, bəzi gürcü dindarların Keşikçidağla bağlı fikirləri Gürcüstan patriarxlığının mövqeyini əks etdirmir. Patriarxlıq həmin dindarların səsləndirdikləri bəzi fikirlərlə bağlı narahatlığını ifadə edib”.


GMİ sədri: “Yad qüvvələr məqsədyönlü şəkildə Gürcüstan-Azərbaycan münasibətlərini pozmağa çalışırlar”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pakistan Səudiyyə ilə İranın arasını düzəltmək istəyir
    Pakistan baş nazirinin Səudiyyə ilə İran arasında vasitəçilik etmək üçün şənbə günü Ər-Riyada gedəcəyini bildirib.
     14.12.2019
    Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Senatının erməni soyqırımı haqda qətnaməsini pislədi
    Cümə axşamı ABŞ Senatı tərəfindən "qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə" tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir.
     14.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ