EURO 1,8766 TRY 0,299
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:30.08.2019 22:00:19

Göyçayda 800-dən çox şagirdin oxuduğu təhsil ocağı bərbad vəziyyətdədir.

Göyçayda 800-dən çox şagirdin oxuduğu təhsil ocağı bərbad vəziyyətdədir.

Sözügedən təhsil ocağı ötən əsrin 80-ci illərində inşa edilmiş Göyçay rayon Ləkçıplaq kənd 1 saylı tam orta məktəbidir.

İllərdir binanın təmirə ehiyacı olduğundan dövlət proqramına salınaraq cari ildə təmir işlərinə başlanılıb. Əvvəlcə məktəb binası təmir üçün iyul ayında sökülüb və könhə avadanlıqlar boşaldılıb. Bir ay ərzində söküntü işləri aparılıb, amma təmir işləri nədənsə saxlanılıb. Bu səbəbdən də kənd sakinləri tərəddüd içərisində qalıblar. Cari dəsr ilində onlar övladlarını hansı məktəbə göndərəcəyini bilmirlər.

Ləkçıplaq kənd 1 saylı məktəb ən böyük təhsil müəssisələrindən biridir. Bu məktəbdə 800-dən çox şagird təhsil alır. Məktəb binasında təmir işlərinin dayandırılması ən çox valideynləri narahat edir.

Təhsil ocağında təmir işlərinin dayandırılması ilə bağlı Göyçay rayon İcra Hakimiyyətinin Ləkçıplaq kənd ərazi nümayəndəsi Aydın Əliyev "Xəzər Xəbər"ə bildirib ki, məsələ ilə bağlı mövcud vəziyyət rayon həhbərliyinin diqqətindədir. Yeni dərs ilində şagirdlərin təhsil alması üçün yerlər ayrılıb. Lazım olduqda şagirdlərin daşınması üçün avtobusların ayrılması da nəzərdə tutulub.

Göyçay Təhsil şöbəsinin müdiri Elnur İsmayılov da "Xəzər Xəbər"ə açıqlamasında həmin məktəbin şagirdlərinə yer ayrılmasının onlarla razılaşdırıldığını təsdiqləyib. Məktəbin təmirinin yarımçıq qalmasının səbəbi isə söküntü və tikinti işinin aparılması üçün elan edilən tenderdə iki şirkətin qalib gəlməsidir. Söküntünü aparan şirkət öz işini görüb. Tikintini aparacaq şirkət isə sentyabrın 1-dən işə başlayacaq. Məktəb növbəti tədris ilinə kimi hazır olacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

İslamazeri.com


Göyçayda 800-dən çox şagird məktəbsiz qalıb - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Səudiyyə Ərəbistanı zədələnmiş obyektləri bərpa edir, neft ucuzlaşır
    Vəhabi krallıq həftəsonu dron hücumlarının sıradan çıxardığı neft emalı obyektlərinin yarısının fəaliyyətini bərpa etdiyini açıqlayıb.
     19.09.2019
    Qeyri müsəlmanların Ərbəin yürüşündə iştirak etmələrinin səbəbi budur - Ayətullah Xamenei
    İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei dünən Ərbəin yürüşünün xidmətçiləri ilə görüşüb
     19.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ