1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:13.08.2020 13:41:02

Gürcüstan sakinləri ölkənin əsas problemləri olaraq işsizlik, yüksək qiymət və yoxsulluğu görür.

İslamazeri.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Gürcüstan sakinləri ölkənin əsas problemləri olaraq işsizlik, yüksək qiymət və yoxsulluğu görür.

Buna Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) sifarişi ilə keçirilmiş sosioloji araşdırmanın məlumatları dəlalət edir.

Sorğu iştirakçılarının 46%-i işsizliyi, 17%-i yüksək qiymətləri, 10%-i kasıblığı, 6%-i ümumilikdə iqtisadiyyatı, 4%-i isə koronavirus pandemiyasını əsas problem hesab edir.

COVID-19 pandemiyası başlayandan ölkə iqtisadiyyatının necə dəyişməsinə dair suala isə 92% cavab verib ki, pisləşib. 3% düşünür ki, Gürcüstandakı iqtsadi vəziyyət yaxşılaşıb. İqtisadiyyatda dəyişiklilərin olmadığını deyənlər isə 15%-dir.

İnsanlardan həmçinin hazırda ailələrinin iqtisadi vəziyyətlərini necə dəyərləndirmələri barədə də maraqlanıblar: 65% pis və ya olduqca pis olduğunu bildirib. Bu göstərici isə ötən ilin oktyabr ayındakı göstəricidən 5% daha yüksəkdir.

Sorğu iştirakçılarının 67%-i hesab edir ki, onların ailələrinin iqtisadi vəziyyəti bir az və ya olduqca çox pisləşib.

Xatırladaq ki, BRİ-nin son sosial araşdırması 4 iyun - 2 iyul tarixlərində keçirilib. Sorğuda ölkə boyun 1500 yetkinliyə çatmış vətəndaş iştirak edib. Nəticələrin xətalılığı +/- 2,5% təşkil edir.


Gürcüstan əhalisinin ən əsas problemləri açıqlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bəzi saytların yaydığı
    Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.
     19.09.2020
    İrandan ABŞ-a: Biz qadınlardan qisas almırıq
    İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Hüseyn Səlami açıqlama verib
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ