1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:06.08.2020 13:22:05

Bu haqda Gürcüstan Baş naziri Giorqi Qaxariya bildirib.

İslamazeri.com  Az.shafaqna.com-a istinadən xəbər verir ki, Gürcüstan hökuməti təbii qaz və elektrik enerjisi üçün olan 4 aylıq komunal xərcləri ödəyəcək.

Bu haqda Gürcüstan Baş naziri Giorqi Qaxariya bildirib.

O deyib ki, koronavirus pandemiyasına görə çox vətəndaşa ciddi zərər dəyib, bu səbəbdən də hökumət əhalini çətin dövrdə dəstəkləmək qərarına gəlib.

“Gürcüstan hökuməti 4 ay ərzində (noyabr, dekabr, yanvar və fevral) kommunal xidmətlər üçün güzəştləri davam etdirmək qərarını qəbul edib. Maddi yardım eyni sistem üzrə olacaq – 200 kilovat elektrik enerjisi və ya 200 kubmetr qaz istehlakı. Əlbəttə, ehtiyacsız vətəndaşlar bundan imtina edə bilərlər”, - deyə o qeyd edib.

Ölkədə aylıq 200 kVt-dan az elektrik enerjisi istifadə edən abunəçilərin sayı 1,2 milyondur və hökumət bu vətəndaşların kommunal xidmətlərinin ödənişi üçün 17 milyon lari (5 milyon dollardan artıq) vəsait ayıracaq.

Həmçinin Gürcüstanda aylıq 200 kubmetrədək qaz istifadə edən 670 min abunəçi var. Onların hesablarının ödənişi üçün isə 27 milyon lari (8 milyon dollardan artıq) məbləğ ayrılacaq.


Gürcüstan hökuməti qaz və işıq pulu üçün vətəndaşlara 4 aylıq güzəşt edəcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bəzi saytların yaydığı
    Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.
     19.09.2020
    İrandan ABŞ-a: Biz qadınlardan qisas almırıq
    İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Hüseyn Səlami açıqlama verib
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ