1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:17.09.2020 12:57:21

Buna Beynəlxalq Respublikaçı İnstitutunun (IRI) araşdırmasının nəticələri dəlalət edir.

 İslamazeri.com az.shafaqna.com-a istinadən xəbər verir ki, Gürcüstanın hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası siyasi partiyalar reytinqində liderlik edir.

Buna Beynəlxalq Respublikaçı İnstitutunun (IRI) araşdırmasının nəticələri dəlalət edir.

Əgər parlament seçkiləri bu bazar günü keçirilərsə, kimə səs verərdiniz?” sualına iştirakçıların 36%-i hazırkı hökuməti seçəcəklərini deyiblər.

2-ci yerdə isə sabiq hakim partiya - “Vahid Milli Hərəkat” qərarlaşıb. Sorğu iştirakçılarının 15%-i ona səs verməyə hazırdır.

Digər partiyaları gəlincə isə, onların faiz göstəriciləri bu cürdür:

Avropa Gürcüstanı - Azadlıq Uğrunda Hərəkat” - 4%, “Yeni Gürcüstan - Aqmaşenebeli Strategiyası”- 4%, “Gürcüstan Vətənpərvərlər İttifaqı” - 4%, “Gürcüstan Leyborist Partiyası”- 3%.

Alternativ varmı? (az.shafaqna.com)

Bu seçkilərdə effektiv alternativ təklif edən hər hansı bir partiyanın olduğunu hesab edirsinizmi?” sualına 56% iştirakçı cavab verib ki, bu cür partiya yoxdur, 24% isə bu suala cavab verə bilməyib. Sorğu iştirakçılarının cəmi 20% hesab edir ki, bu cür siyasi alternativ mövcuddur.

 

Gələcək Baş nazir

Sorğu iştirakçılarının həmçinin soruşulub ki, gələcək baş naziri kim təyin etməlidir. Bu sorğunun nəticələri isə bu cür olub: 44% hesab edir ki, baş naziri parlament çoxluğu təyin etməlidir. 36%-in fikrincə, bunu çoxpartiyalı parlament koalisiyası etməlidir. Cavabı olmayanlar və ya cavab verməkdən imtina edənlər 20% olub.

Kimi baş nazir olaraq görmək istəyərdiniz?” sualının cavabında isə 59% hər hansı partiya üzvünü, 16% gələcək hökumət başçısının partiyasız birini görmək istədiyini bildirib. Cavabı olmayanlar və ya cavab verməkdən imtina edənlər 25% olub.

 (az.shafaqna.com)

Seçkilərə kim gedəcək

Araşdırma nəticələri göstərib ki, ölkə əhalisinin əksəriyyəti qarşıdan gələn parlament seçkilərində iştirak edəcək. Belə ki, sorğu iştirakçılarının 74%-i iştirak edəcəklərini dilə gətiriblər. 16% isə getmək ehtimallarının olduğunu deyib.

4% iştirak etməyəciyini, 5% isə çox ehtimalla getməyəcəyini bildirib.

 (az.shafaqna.com)

Qeyd edək ki, sorğu 4-21 avqust aralığında birbaşa müsahibə yolu ilə keçirilib. Orada 18 yaşdan yuxarı 1,5 min insan iştirak edib. Sorğunun xətalılıq dərəcəyi +/- 2,5% təşkil edir.


Gürcüstan partiyaları ilə bağlı sorğu - REYTİNQ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İndiyədək 90 dinc sakin erməni terrorunun qurbanı olub
    Sentyabrın 27-dən bu günə kimi 90 dinc sakin erməni terrorunun qurbanı olub.
     29.10.2020
    Mülki infrastrukturu və dinc əhalini atəşə tutan düşmən məhv edildi - VİDEO
    Mülki infrastrukturu və dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.
     29.10.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ