1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:08.08.2020 14:35:19

Bu gün, Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Alulbeyt” Dini Mədəniyyət Mərkəzində Gürcüstan ərazilərinin işğalının 12-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

İslamazeri.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, din xadimlərinin iştirakı ilə keçirilən tədbir çərçivəsində 2008-ci ilin avqustunda baş vermiş acı hadisə və torpaqların işğalı yad olunub.

Müharibənin acı nəticələri və qurbanları dərin hüznlə anılıb.
Tədbirdə çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, müftisi Hacı Yasin Əliyev, ilahiyyatçı Kamran Məmmədov, Etibar Eminov  və digər ruhanilər Gürcüstanın iki regionu – Abxaziya və Cənubi Osetiyanın 12 ildir ki, beynəlxalq qətnamələrə baxmayaraq haqsız işğala məruz qalmasına, işğal edilmiş ərazilərdə gürcü həmvətənlilərimizin hüquqlarının kobud şəkildə pozulmasına, tarixi dini məkanların və abidələrin məhv edilməsinə toxunmuşlar.

Eyni zamanda İslamda vətən sevgisi, vətənin keşiyində durmaq və rifahı və inkişafı yönündə çalışmanın önəmindən danışıblar. Ölkənin güclənməsi və ərazi bütövlüyünün inkişafı üçün dua ediblər.

Sonra din xadimləri Muxatqverdi adına qardaşlar fəxri xiyabanında olublar. Onlar 2008-ci ilin avqust ayında Rusiya ilə müharibə zamanı vətən uğrunda həlak olanların abidəsi önünə əkil və gül qoyaraq xatirələrini sükutla yad ediblər.


Gürcüstan ruhaniləri ölkə ərazilərinin işğalının ildönümünə həsr olunmuş tədbir keçirib - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bəzi saytların yaydığı
    Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.
     19.09.2020
    İrandan ABŞ-a: Biz qadınlardan qisas almırıq
    İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Hüseyn Səlami açıqlama verib
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ