EURO 1,9978 NEFT 78,86
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:14.05.2018 10:04:52

Etiraz mitinqinə Daxili İşlər naziri ilə birgə gələn Tbilisi meri Kaxa Kaladze də nazirin bəyənatını alqışlayıb.

İslamazeri.com "bbc"yə istinadən xəbər verir ki, Gürcüstanın Daxili İşlər naziri Giorgi Gagaria parlament binası qarşısına gələrək etiraz edən qrupun liderləri ilə görüşüb və etirazçılardan üzr istəyib.

"Əgər sizin hər hansı birinizin hüquqları onlar tərəfindən pozulubsa mən öz adımdan və bütün DİN-nin əməkdaşları adından sizdən üzr istəyirəm"- Daxili İşlər naziri Giorgi Gagaria deyib. 

Etiraz mitinqinə Daxili İşlər naziri ilə birgə gələn Tbilisi meri Kaxa Kaladze də nazirin bəyənatını alqışlayıb.

Kaladze: "Giorgi Gagarianın bəyanatı yaxşı bir addım idi".

"Bütün bunlar göstərir ki, biz xalqımızın hökumətiyik", - deyə Kaxa Kaladze bildirib.

Bu barədə Gürcüstanın Liberali nəşri yazır.

Daxili İşlər naziri ilə görüşdən sonra etiraz aksiyasını təşkil edən "Ağ səs-küy" hərəkatının üzvləri etirazı bir həftəlik dayandırdıqlarını elan ediblər.

Onlar bir həftə müddətində Daxili İşlər Nazirliyinin verdiyi vədlərə necə əməl edəcəyinə nəzər yetirəcəklərini deyiblər.

Daxili İşlər naziri deyib ki, "orientasiyasından və dini görüşündən asılı olmayaraq hər bir Gürcüstan vətəndaşının fikri əhəmiyyətlidir".

Cümə günü Tbilisinin "Gallery" və "Bassiani" gecə klublarında keçirilən xüsusi təyinatlı polis əməliyyatı zorakılıqla müşayət olunub.

Əməliyyat zamanı onlarla insan narkotik istifadəçisi və satıcısı olmaqda günahlandırılaraq saxlanılıb.

Polisin əməliyyatından sonra "Ağ səs-küy" adlandıran qrup Tbilisidə parlament binası qarşısında aksiya keçirməyə başlayıb.


Gürcüstanda Daxili İşlər Naziri etirazçılardan üzr istədi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayəti İranın Avropadan təzminat tələb edəcəyindən danışdı
    İran İslam İnqilabının rəhbəri Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Avropanın nvə sazişilə bağlı təzadlı açıqlamalarına görə İran tərəfindən təzminat tələb ediləcəyini bildirib
     21.05.2018
    Tbilisi bu gün - FOTO
    İslamazeri.com-un bu gün, 21 may 2018-də Tbilisidən hazırladığı kiçik fotoreportaj
     21.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ