5 ildən artıq müddətdir ki, tədqiqat aparan Hacı Rasim Məmmədovun “Gürcüstanda İslam Tarixi” kitabının II cildi işıq üzü gördü.

İslamazeri.com xəbər verir ki, Hacı Rasim Məmmədovun “Gürcüstanda İslam Tarixi” adlı kitabının I cildi miladi tarixlə 650 - 1050-ci illəri əhatə edir və 2016-cı ildə nəşr edilmişdir.
Kitabın növbəti II cildi isə 1050-ci ildən 1991-ci ilə qədər, yəni Gürcüstanın müstəqliyyinin bərpası dövürünə qədər olan zamanı əhatə edir.
Hacı Rasim Məmmədovun “Gürcüstanda İslam Tarixi” kitabının I və II cildləri bütövlükdə - Gürcüstanda bir ilk olaraq - islam tarixinin geniş və dərin şəkildə tədqiqinə - araşdırılmasına həsr olunmuşdur.
Bu qiymətli kitablar Allahı yad etməyə, Onun insanlarda görmək istədiyi insani keyfiyyətlərə, Onun kitabı olan “Qurani-Kərim”ə, Onun Peyğəmbərinə (s), Əhli-beytə (ə), dinlər və mədəniyyətlər arasında dialoqa dərin hörmət və məhəbbətlə qələmə alınmışdır.
Hacı Rasim Məmmədovu qazandığı bu əhəmiyyətli uğura, qiymətli monoqrafiyaya görə ürəkdən təbrik edirik və ümidvarıq ki, Allah-taala digər mühüm mövzularda da təhqiqlərini görməyi bizə nəsib edəcəkdir. İnşaAllah!
“Gürcüstanda İslam Tarixi” kitabının II cildi işıq üzü görüb