1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:31.07.2020 20:24:32

Bu gün Gürcüstanın baş naziri Giorgi Qaxaria müsəlman din xadimlərilə biraraya gəlib.

İslamazeri.com az.shafaqna.com-a istinadən bildirir ki, görüşdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, müfti Adam Şantadze, müfti Hacı Yasin Əliyev, “Alulbeyt Gürcüstan” təşkilatının sədri Hacı Faiq Nəbiyev, Muslimmedia internet telekanalının rəhbəri Vidadi Qurbanov və digərləri iştirak edib.

Baş nazir Qurban Bayramı münasibətilə müsəlman din xadimlərilə bir-araya gəlməsindən məmnuniyyətini ifadə edib.

Çıxışı zamanı ölkəsindəki milli çoxluqlara işarə edən nazir deyib: “Ölkəmizin gücü onun çox millətliliyindədir, ona görə də biz öz çoxmilliyətliyimizə qayğı gəstəririk və bu gələcəkdə də belə olacaq.”

Qaxariya bildirib ki,  Gürcüstanda bütün dinlərin nümayəndələri ölkənin müvəffəqiyyətli gələcəyi üçün birlikdə mübarizə edirlər və bu hər zaman belə olacaq.

Gürcüstanda yaşayan müsəlmanları Qurban Bayramı ilə təbrik edirəm. Təəssüf ki, pandemiyaya görə, bu bayramı lazım olduğu kimi qeyd edə bilmirik, ancaq ümid edirəm ki, bundan sonra daha fərqli olacaq. Müsəlman qardaşlarımız Gürcüstanın bütün vətəndaşları kimi bizim qardaşımızdır və ölkəmizin xöşbəxt gələcəyi üçün birlikdə çalışırıq. Bayramınız mübarək olsun, sizə müvəffəqiyyətlər və san sağlığı arzulayıram” – deyə Gürcüstanın baş naziri Giorgi Qaxaria bildirib.


Gürcüstanın baş naziri müsəlman din xadimlərilə görüşdü - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan ruhaniləri ölkə ərazilərinin işğalının ildönümünə həsr olunmuş tədbir keçirib - FOTO
    Bu gün, Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Alulbeyt” Dini Mədəniyyət Mərkəzində Gürcüstan ərazilərinin işğalının 12-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
     08.08.2020
    Azərbaycanda məscidlər nə vaxt açılacaq? - Brifinqdə sual verildi...
    "Bu günkü reallıq nəzərə alınmaqla, təəssüflər olsun ki, məscidlərin açılması məsələsi hələlik müzakirə olunmur”.
     08.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ