EURO 1,8425 TRY 0,2809
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:04.09.2019 10:00:48

Gürcüstanın baş naziri postuna namizəd Giorgi Qaxaria 2019-2020-ci illər üçün hökumət proqramını parlamentə təqdim edib.

Gürcüstanın baş naziri postuna namizəd Giorgi Qaxaria 2019-2020-ci illər üçün hökumət proqramını parlamentə təqdim edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, qanunverici orqanın rəsmi saytında yerləşdirilən sənəddə hökumətin əsas sahələr üzrə fəaliyyət istiqamətləri yer alıb.

Proqramın “Xarici siyasət” bölməsində qeyd olunub ki, Gürcüstan strateji tərəfdaşlarla əməkdaşlığı dərinləşdirmək niyyətindədir: “Gürcüstanın xarici prioritetlərinin effektiv həyata keçirilməsi, ölkənin ərazi bütövlüyünün bərpa olunmasına beynəlxalq ictimaiyyətin cəlb olunması ölkənin təhlükəsizliyi üçün xüsusi önəm kəsb edir”.

“Gürcüstan – regional hab” bölməsində ölkənin nəqliyyat sektorunun gələcək inkişafı və potensialın tam istifadəsi üçün fəal siyasətin aparılacağı bildirilib: “Gürcüstan hökuməti nəqliyyat dəhlizinin rəqabətliliyinin artırılması, beynəlxalq nəqliyyat sistemlərinə inteqrasiya və regional əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək”.

Bölmədə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan üçün önəmi də vurğulanıb: “Bakı-Tbilisi-Qars layihəsinin başa çatdırılması Asiya və Avropa arasında yüklərin daşınması üçün tələb olunan vaxtı əhəmiyyətli dərəcədə azaldacaq və bu da ölkəyə əlavə yükdaşımaları cəlb edə bilər”.

Qeyd edək ki, G.Qaxarianın baş nazir vəzifəsinə namizədliyi ötən gün təqdim olunub. Onun başçılıq etdiyi hökumətə parlamentin sentyabrın 8-də etimad göstərəcəyi gözlənilir. 


Gürcüstanın yeni hökumətinin proqramında BTQ-nin əhəmiyyəti vurğulanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • YPX 2019-da 119 milyon cərimə yazıb
    Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
     17.02.2020
    Yunis Səfərovun işi üzrə proses qeyri-müəyyən vaxta təxirə salınıb
    Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
     17.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ