EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:07.02.2019 18:10:05

Hacı Abgüldən "Əyyami Fatimə" ilə bağlı məktub.

İslamazeri.com xəbər verir ki, ilahiyyatçı Abgül Süleymanov Xanım Fatimeyi Zəhranın şəhadət günləri münasibətilə məktub göndərib. Məktubu təqdim edirik:

"Bismillahir Rəhmanir Rəhim. Əyyami Fatimədir, Zəhrayi - Şəhidənin əza günləridir. Mən də öz adımdan İmam Məhdiyə (ə.f) və o Həzrətin simasında bütün Zəhrasevərlərə başsağlığı verir, təsliyyət deyirəm. Allahdan bu günlərdə Xanım Fatimeyi Zəhraya xatir bütün xəstələrə şəfa diləyirəm. 1400 ildir kimə şəfaət olunur bunun üçün Siddiqeyi Tahirənin də rizası olmalıdır. Allah Təala Xanım Zəhraya (s.ə) haqq verib, onu sevərlərə şəfaət etsin. Ey kaş, o Həzrətin mütəhhər qəbrinin yerini bilərdik. Allah Təala Xanım Zəhranın qəbrinin gizli saxlanılmasını belə məsləhət görüb. Deyirlər ki, Ayətullah Mərəşi Nəcəfinin atası 40 gün müddətində Kufə məscidində Zamanın İmamı – Həzrəti Məhdiyə təvəssül etmiş, sonda məqsədinə nail olmuşdur. Nəql olunur ki, o İmamın məzhərinə yuxuda və ya oyaq nail olur. Bu görüş zamanı nəzərində olan mətləbləri İmam Zamandan soruşur. Suallardan biri də, bu olur ki, Ağacan anamız Zəhranın (s.ə) qəbri haradadır? Həzrət buyurur: Bu sirri bizim qeybətdə olduğumuz dövrdə açmaq olmaz. Amma qəlbiniz qəmlə dolsa və anamızı ziyarət etmək istəsəniz, gedin Qum şəhərində Fatimeyi Məsuməni (s.ə) ziyarət edin...

Bəli Allah Təala insanları İlahi feyz və bərəkətdən tam məhrum qalmasınlar deyə, Fatimeyi Məsumənin şərif qəbrini Qum şəhərində zahir etdi. Bu günə qədər çox sayda insanlar öz hacətlərini bu qapıdan alır, hər kəs öz mərifətinə görə, istəyinə nail olur. Mərifət əhli, İslam aləminin böyük mütəfəkkiri Molla Sədra üçün qaranlıq qalmış şübhələrin cavabını bu qapıya gələrək, Xanım Məsuməyə təvəssül edərək alarmış. Xanım Məsumənin bir bacısı Həkimə xanımdır. Onun mübarək qəbri Bibiheybətdə yerləşir. Deyilənə görə, Şuşa xanlığının son qız nəvəsi Xurşudbanunun övladı olmurmuş. O Bibiheybətə ayaqyalın gəlir, ziyarət edərək təvəssül edir. Allah Təala Xanım Həkimə hörmətinə, bir ildən sonra ona övlad bəxş edir. O da Bibiheybət yolunu təmir etdirir.

Təsəvvür edin, Xanım Zəhranın mübarək qəbri ziyarət üçün yeri məlum olsaydı, Molla Sədralar, Şeyx Tusilər, Əllamə Təbətabailər bəşərə nə faydalar verərdilər. Deyirlər Əllamə Təbatabai öz iftarını gəlib, Xanım Məsumənin (s.ə) zirehini öpməklə açarmış. Həqiqi mərifət, eşq, məhəbbət budur. Budur mənəvi həzz, zövq, ləzzət...

İmam Sadiq (ə) buyurur ki, Xanım Fatimeyi Zəhraya “Zəhra” tanınmadığına görə, “Zəhra” deyilib.

Bizim üçün Xanım Zəhranı (s.ə) tanımaq mümkün deyil. Xanım Zəhranı Allahda qərq və fani olduğuna görə, tanımaq mümkün deyil.

Imam Baqir (ə) buyurur: Xanim Zəhra (s.ə) asimani bir bəşər idi, bir neçə günlük yer üzünə qonaq gəlmişdi.

Allah Təala ilk dəfə vasitəsiz olaraq xəlq etdiyi varlıq Nur olub. O da deyirlər, Peyğəmbərimiz Nurudur. Əhlibeyt (ə) Peyğəmbərin Nurundan yaranıb. Allah Özü Nurdur, ilk yaratdığı varlıq da, gərək ki, Nur olsun.

İmam Həsən (ə) buyurur ki, babam Məhəmməd Peyğəmbərdən eşitdim “Mən Allahın Nurundan xəlq oldum. Əhlibeyt də, mənim Nurumdan xəlq oldu. Əhlibeyti sevərlər də, Əhlibeytin Nurundan xəlq oldu. Digər insanlar Nurdan xəlq olmayıblar...”

Əhlibeyt  (ə) o kəslərdir ki, onlar Allah əxlaqı ilə əxlaqlanmış, Allahın Mərhəmət və digər sifətlərilə sifətlənmişlər. Onları sevmək Allahı sevmək, onları qəzəbləndirmək Allahı qəzəbləndirməkdir.

Onlarla dostluq Allahla dostluq, onlarla düşmənçilik Allahla düşmənçilikdir. Onlara itaət, Allaha itaət, onlara asi olmaq Allaha asi olmaqdır.

Bu haqda ayələr və hədislər mövcuddur. Bu deyilənlər, əlbəttə onların məsum olmalarına əsas verir.

İmam Sadiq (ə) buyurur ki, Allaha and olsun Biz (Əhlbeyt) Əsmaul Hüsnayıq. Əhlibeyt Allahın cəmal sifətlərini öz vücudlarında əks etdirən varlıqlardır. Hədislərdə deyilir ki, Allah Fatimənin (s.ə) qəzəbilə qəzəblənir, razılığı ilə razı qalır. Allah Təala Xanımın məqamını insanlara göstərir ki, Onun razılığı, mənim razılığımdır.

Çox təəssüf, cahil insanlar onun qədrini bilmədilər. O Həzrətə əziyyət verib, şəhadətə çatdırdılar.  Allah Təala da Xanımın qəbrini bu günə qədər gizli saxladı.  Rəvayətə görə, Xanım Zəhra (s.ə) qapı arasında qalarkən (qabırğası sınan zaman) “YA MƏHDİ!” sədası göylərə ucaldı. Bütün məsumlar İmam Məhdinin (ə.f) intizarını çəkərək dünyadan gediblər...

Allahim, Xanım Zəhranın (s.ə) məhəbbətini qəbrə aparmağımız üçün bizə kömək et!

Allahım, tezliklə İmam Məhdinin (ə.f) zühurunu təcil edərək, Həzrəti Zəhranın (s.ə) qəbrini aşkar et!

Allahım, qəlbimizi Zəhra (s.ə) nuru ilə, münəvvər et!

Allahım, bizi və övladlarımızı dünya və axirətdə Xanım Fatimeyi Zəhradan (s.ə) ayrı salma!

Allahım, Əhlibeyt məhəbbətini ölənə qədər qorumağımıza yardım et, hədislərdə var ki, hər kəs Əhlibeyt məhəbbətilə dünyadan köçsə şəhiddir.

Əssəlamu Aleykum  və Əla İbadillahis Salehin!

Hacı Abgül Süleymanov, 2 saylı CCM, 2019"


Hacı Abgüldən məktub var: “Əyyami Fatimə” (Səsli)

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xameneidən adının Məsumlarla (ə) çəkilməsinə etiraz - ŞƏRHSİZ VİDEO
    İslamazeri.com Ayətullah Xameneinin çıxışını təqdim edir
     27.03.2019
    İrandan Qazaxıstandakı son hadisələrə MÜNASİBƏT
    İranın Xarici İşlər Nazirliyi mətbuat katibi Bəhram Qasımi Qazaxıstanda Prezidenti Nursultan Nazarbayevin istefa qərarını qiymətləndirib.
     27.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ