1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:28.06.2020 13:53:16

AİP sədr əvəzi Hacı İlham Əliyevin həbs müddəti uzadılıb.

İslamazeri.com faktxəbər-ə istinadən bildirir ki, bu barədə məlumatı Hacı İlham Əliyevin Hüquqlarının İctimai Müdafiə Komitəsinin sədri Akif Heydərli bildirib.

 

O qeyd edib ki, Hacı İlham Əliyevin həbs müddəti oktyabrın 28-dək uzadılıb: "İ.Əliyevin vəkili Osman Kazımovun bildirdiyinə görə bu barədə qərar dünən Səbayıl məhkəməsində verilib. Hazırda Hacı İlham Əliyev DTX-nın təcridxanasında saxlanılır. Onun istintaqı davam edir. Hacının mənəvi-psixoloji durumu, səhhəti normal və qaydasındadır. O, ona qarşı irəli sürülən ittihamları qəbul etmir.”

 

Qeyd edək ki, Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev fevral ayının 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən yaşadığı mənzildən götürülərək saxlanılıb. Martın 2 də ona Vətənə xəyanət maddəsi elan olunmuş və Səbayıl rayon Məhkəməsi tərəfindən dörd aylıq həbs qətimkan tədbiri seçilib. O, ilk ifadəsini ona dövlət tərəfindən təyin olunmuş vəkilin iştirakı ilə verib və ona qarşı irəli sürülən ittihamı qəbul etməyib.


Hacı İlham Əliyevin həbs müddəti uzadıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin: Quranın əsasını ədalət və mərhəmət təşkil edir
    Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibəti ilə təbrik edib.
     01.08.2020
    Azərbaycanda koronavirusdan sağalanların sayı artır: 279 yoluxma, 592 sağalma
    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     01.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ