EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:27.04.2018 17:04:19

Məşhədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli "Fatimeyi Zəhra" məscidilə bağlı məsələlərdən danışıb

İslamazeri.com xəbər verir ki, bu gün "Məşhədi Dadaş" məscidində cümə xütbəsinin ikinci hissəsində ilahiyyatçı Hacı Şahin Həsənli "Fatimeyi Zəhra" məscidilə bağlı məsələlərdən danışıb. Bu məsələlıərdə inanclıları səbrli olmağa dəvət edən ilahiyyatçı "Fatimeyi Zəhra məscidilə bağlı bəzi məsələlər var. Bu haqda açıqlama vermək istəmirəm. Zaman keçdikcə hər şey aydınlaşacaq. Bəzi şeylərin zamana ehtiyacı var. Amma mən hiss edirəm ki,  yaranan vəziyyətdən istifadə edib sosial şəbəkəlıərdə, cəmiyyətdə aranı qarışdırmaq istəyənlər var. Kimisə kiməsə qarşı qoymaq, mənim özümlə bağlı hansısa tutmadığın mövqeyi mənə aid etmək istəyən insanlar var. Mən bunu demək istəyirəm ki, möminlərin bəsirəti o qədər olmalıdır ki, bir məsələ haqda ətraflı məlumat olmadan qəzavət etməsinlər, bu kökündən səhvdir. Bunu bizə həyat təcrübəsi də bizə göstərir.", -deyə bildirib.

O inanclıların vəzifə soruşmasına dam ünasibət bildirərək deyib: "Proseslər indiyə qədər də, bu cür olub, bir qədər səbrli olmaq lazımdır.Bəzən də soruşurlar vəzifəmiz nədir? Vəzifə birlik-vəhdəti qorumaqdır. Hər hansı sui-zənnə qapılmamaq lazımdır. Kimlərisə rahat ittiham etməyək. Bir ruhanini müdafiə etmək üçün, başqasını vurmağa, təhqir etməyə borclu deyilik. Bu nə məndiqdir ki, birini müdafi əetmək üçün kimisə qaralamaq lazımdır. Bu hansı tərəfdən də olsa, yalnış bir hərəkətdir. Səbr etmək lazımdır. Hamımız çalışırıq ki, bu proseslər yaxşı istiqamətdə inkişaf etsin, ağrısız keçsin".

Ramil Bədəlovun məscid idarəçiliyindən çəkilməsinə üstü-örtülü işarə edən xətib "Hər adam bir qərar verəndə dəlili olur, biz hər şeyi faciəyə çevirməməliyik, dünyanın sonu hesab etməməliyik. Nədənsə istifadə edib, təkfir və inkar yolunu tutmamalıyıq. Sadəcə sizin hamınızı bir qədər dözümlü olmağa dəvət edirəm. Hamımız əl-ələ verib xoşagəlməz hal yarandığı halda bunun çıxış yollarını axtarırıq", -deyə əlavə edib.

Məşhədi Dadaş məscidinin axundu ilahiyyatçı Hacı Şahin Həsənli  Fatimeyi Zəhra məscidi ətrafında baş verən proseslərdə olduğunu da deyərək bildirib: "Mən elə özüm də, bu məsələyə müsbət töhvə vermək üçün imkanım qədər çalışmışam və bundan sonra da çalışacağam. Deyəcəksiz ki, bir mövqe bildirməliydi, amma mən mövqe bildirməyə ehtiyac görmürəm, sadəcə onu demək istəyirəm uzaqdan qəzavət etməyin. İctimai məsələlıərdə müəyyən situasiyalar ola bilər, belə bir vaxtda təqvamızı itirməyək, imanımızı itirməyək, çərçivələri aşmayaq. İnşəllah bütün bu proseslər öz həllini tapacaq."

Həmçinin oxuyun: "Fatimeyi-Zəhra" (s.ə) məscidinə yeni axund təyin olunub, bəzi məsələlərə aydınlıq gətirildi - ƏTRAFLI


Hacı Şahin Həsənli "Fatimeyi Zəhra" məscidilə bağlı məsələlərdən danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əli Kərimlinin saxlanılması ilə bağlı RƏSMİ açıqlama yayıldı
    AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıblar
     18.11.2018
    ABŞ Suriyada daha 40 dinc sakini qətlə yetirdi
    ABŞ BMT və beynəlxalq aləmin sükutu və reaksiyasızlığı kölgəsində Suriyada mülki qətliamını davam etdirir.
     18.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ