EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. SOSİAL ŞƏBƏKƏ

Kateqoriya : SOSİAL ŞƏBƏKƏ

Yayınlanma tarixi:13.04.2019 22:19:30

İslamazeri.com saytının "Sosial Şəbəkə" rubrikası xəbər verir ki, bu haqda sosial şəbəkə fəalı Yaşar Qarayev özünün facebook profilində bildirib

İslamazeri.com xəbər verir ki,  məsələ ilə bağlı tanınmış jurnalist Kənan Rövşənoğlu "Dini sferada nə baş verir?" adlı təhlilində yer verib. 

O yazısında bu haqda "Dini sahədə daha bir müəmmalı gəlişmə dünən qeydə alındı. Məlum olduğu kimi, uzun illər QMİ-nin Elmi-Dini Şurasının sədri, professor Vasim Məmmədəliyevin apardığı AzTV-də yayımlanan “Haqqın Dərgahı” verilişi ilə bağlı oldu. Bu ilin 21 fevralından etibarən sözügedən veriliş ilahiyyatçı, QMİ-nin Nəsimi Rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli tərəfindən aparılmağa başladı. Lakin son verilişi başqa bir ilahiyyatçı, fəlsəfə doktoru və İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov apardı. Doğrudur, A.Şirinov həm də QMİ-nin əməkdaşıdır, lakin bu dəyişiklik birmənalı qarşılanmadı. 
Məsələ ilə bağlı AzTv ilə əlaqə saxlayıb münasibət öyrənməyə çalışdıq. Telekanalın ictimai-siyasi proqramlar redaksiyasının baş redaktoru Sərvər Bayramov sualımızı öyrəndikdən sonra araşdırıb cavab verəcəyini desə də, daha sonra dəfələrlə cəhd etsək də onunla əlaqə qura bilmədik. Lakin telekanala yaxın olan mənbədən öyrəndik ki, verilişin müəllifinin dəyişdirilməsi təklifi AzTV-yə məxsus deyil, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən gəlib. Xatırladaq ki, hazırda Dövlət Komitəsinin televiziya kanallarında iki verilişi mövcuddur. İctimai TV-də “Din və Cəmiyyət” verilişi, Space TV-də isə “İnam” verilişi efirə çıxır.",- deyə qeyd edib.

Məsələ ilə bağlı jurnalist Ramin Bayramov da özünün facebook profilində münasibət bildirib.

Qeyd edək ki, ilahiyyatçı Hacı Şahin Həsənli özü məsələyə münasibət açıqlamayıb.


Hacı Şahin Həsənli TV-də yayımlanan "Haqqın Dərgahı" verlişindən niyə ayrıldı?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda bir neçə polis bölmə və şöbələrinə təyinatlar
    Bakının bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub.
     20.09.2019
    Tanınmış bloqer canlı yayımda öldü - VİDEO
    Daniyal Khan "Tik Tok"un tanınmış pakistanlı bloqeri dostları ilə birlikdə yol qəzası nətcəsində ölüb
     20.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ