EURO 1,9854 TRY 0,2218
USD 1,7 RUB 0,0223
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:23.04.2020 13:29:37

Vidadi Qurbanov: "Yeni verlişlərimizi izləmək üçün aşağıdakı linkə daxil olub kanalımıza abunə olun."

Bir müddət əvvəl Gürcüstanda İslami Mediada video format, internet tv kimi fəaliyyətə göstərən Muslim Media-nın youtube səhifəsini ələ keçiriblər. 23 minə yaxın abunə sayı olan səhifə naməlum hakerlər tərəfindən oğurlanıb.

Bununla bağlı İslamazeri.com  Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Muslim Media TV interner televiziyasının rəhbəri Vidadi Qurbanovdan müsahibə alıb.

Sizin səhifənin ələ keçirilməsini nə ilə əlaqələndirirsiniz?

Bismillahir Rəhmanir Rəhim. Sözün düzü səhifəmizə hücumun kimlər tərəfindən və hansı səbəbə görə edildiyini bilmirəm. Ancaq bunu deyə bilərəm ki, bizim fəaliyyətlərimiz dini sahədə olduğuna görə yəqin ki, bundan narahat olan tərəflər olub. Yaxudda ki, hansısa internet dələduzları tərəfindən törədilən bir hücum olduğu ehtimalının üzərində dayanırıq.

Bu problemlər təbii sizdə narahatlıq yaratdı, bu haker hücumu sizdə ruh düşkünlüyünə səbəb oldumu?

 İlk öncə ruh düşkünlüyü oldu ancaq sonradan dostların dəstəyinə arxalanaraq özümüzü toparladıq və daha da əzmkarcasına işə başladıq

Yeni səhifə yaratdınız, bunun üçün yeni lahiyələrlə yanaşı arxivi bura əlavə edəcəksinizmi?

Təbii ki, yeni layihələrlə yanaşı tədricən arxivi də bura əlavə edəcəyik. Yeni layihələrimizdən biri də Ramazan ayı boyunca Ruhanilərin ev şəraitindən çəkiliş və canlı yayım videolarını yayımlamaq olacaq.

Keçmiş abunələrə nə demək istərsiniz?

Silinən səhifənin 23 minə yaxın abunəsini yeni səhifəmizə dəvət edir və demək istəyirəm ki, ruhdan düşməyə ehtiyac yoxdur. Ən əsası məqsədimiz Allahın rizayəti və cəmiyyətimizə xidmətdir. Bundan sonra dostlarlmızım dəstəyi ilə daha da əzmkarcasına yolumuza davam edəcəyik.

 Öncəki səhifənin qaytarılması üçün cəhdlərimiz davam edərkən bundan sonra verlişlərimiz yeni səhifəmiz üzərindən yayımlanacaq buna görə də yeni verlişlərimizi izləmək üçün aşağıdakı linkə daxil olub kanalımıza abunə olun.

ABUNƏ OLMAQ ÜÇÜN KEÇİD


Haker hücumuna məruz qalan Muslim Media TV-nin rəhbəri müraciət etdi - MÜSAHİBƏ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kərbəlada Əhlibeytə üç başlı ox atan Hərmələnin aqibəti - VİDEO HEKAYƏ
    “Shafaqna Azərbaycanca”nın layihəsi “Kərbəlada Əhlibeytə üç başlı ox atan Hərmələnin aqibəti” adlı videonu təqdim edirik.
     23.09.2020
    Bəhreynlilər ölkələrinin İsraillə yaxınlaşmasına etiraz etdi - VİDEO
    Etirazçılar “Normallaşma - xəyanətdir” kimi şüarlar səsləndiriblər.
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ