1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:16.04.2020 10:46:20

"Tezliklə biz işğalçı amerikalı hərbçilərin regiondan çıxmalarının şahidi olacağıq."

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, bu sözləri Haşdi Şabi təşkilatının hərbi komandirlərindən olan Camaləddin Əlsəğir Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisin sui-qəsdinin 100-cü günü münasibətilə Al-Alam telekanalı ilə müsahibədə deyib.

"İraq xalqının bütün təbəqələri bu şəhid komandanların şəhid olduqları andan bəri bir səslə amerikalı hərbçilərin qovulmalarını tələb edirlər. Bizim komandanları rəzillik və alçaqlıqla şəhid edən və İraqın suverenliyinə riayət etməyən işğalçı və qorxaq Amerika hökuməti ümid edirdi ki, İraq xalqı və regionun digər xalqlarını pis günə qoyacaq və Amerikanın axmaq prezidenti Tramp iddia etdi ki, Süleymanini öldürdükdən sonra dünya və Amerika daha əmin-aman olubdur. Lakin biz onlara deyirik ki, dünya siz qorxaqlar üçün daha çox qorxunc və dəhşətli bir yerə çevrilib və şəhid komandanlar sizə qarşı mübarizə üçün bizim yol işığımıza çevriliblər", -deyə  Haşdi Şabi komandiri əlavə edib.

 Camaləddin Əlsəğir  ABŞ-a qalib gələcəyini qeyd edərək sözlərinə belə davam edib: "Biz amerikalı qüvvələrə deyirik ki, öz ölkənizə qayıdın, zira xalqınızın sizə ehtiyacı var. Digər xalqlar özləri öz vəziyyətlərinə görə məsuliyyət daşıyırlar. Biz bir daha cənab Seyyid Həsən Nəsrullahın sözlərini təkrar edirik ki, region ölkələrindən çıxmayacağınız təqdirdə, şaquli gəldiniz və üfüqi şəkildə qayıdacaqsınız. Tezliklə biz işğalçı amerikalı hərbçilərin regiondan çıxmalarının şahidi olacağıq."

İraqda və Yaxın Şərqdə Haşdi Şabi ilə bağlı bəzi həqiqətə uyğun olmayan məlumatları nəzərə alaraq Haşdi Şabi haqqında bəzi bilinməyənləri diqqətinizə çatdırırıq.

Hüquqşunas Yaxın Şərq üzrə araşdırmaçı yazar Dr. Ziya Türkyılmaz  bu haqda deyir: "2016-cı ildə İraq torpaqlarının önəmli bir hissəsini işğal edib paytaxt Bağdada tərəf irəliləyən İŞİD terror qruplarına qarşı mübarizə məqsədilə dini mərcəiyyətin fətvası və İranın yardımı ilə təşkil olunan və silahlandırılan xalq səfərbərlik güclərinin adıdır - Haşdi Şabi."

 İŞİD və oxşar terror qruplaşmalarına qarşı hələ də ağır  bir mübarizə aparan Haşdi Şabi güclərinə bu kin və nifrətin səbəbi nədir?

Türk yazar bununla bağlı "Çünki Haşdi Şabi xalq səfərbərlik gücü olduğu kimi İraq xalqını da hər cür daxili və xarici təhlükəyə qarşı təşkilatlandırma gücünə sahibdir. Bu isə ABŞ ilə İraq daxilindəki və xaricindəki bağlantılar və mütəffiqlərinin həzm edəcəyi bir durum deyildir.

Hökümətlər və ordu komandirləri üzərində əvvəldən bəri nüfuz və nəzarət qurmaya atılmış, hərbi və mülki çevrilişlər planlayan müstəkbir güclər, Haşdi Şabi, Bəsic və ümumi olaraq meydanı tərk etməyəcək xalq güclərini uğursuz planları qarşısında əngəl görməkdədirlər.", -deyə qeyd edir.

"Daxildə və xaricdə Amerikan dostlarının Haşdi Şabiyə olan düşmənliklərinin səbəbi beləcə daha yaxşı anlaşılır;

 Daxildəkilər Amerikan güclərinin getməsilə istədikləri kimi at oynada bilməyəcəkləri, bölücülük planları pozulacağı üçün,

Bölgədəkilər ABŞ-ın İraqdan çıxması ilə Müqavimət Cəbhəsinin güclənəcəyini həzm edə bilmədikləri üçün,

ABŞ isə İraqdan çıxarsa Qərbi Asiyaya bütövlükdə əlvida edəcəyini bildiyi üçün.", - hüquqşunas Yaxın Şərq üzrə araşdırmaçı yazar Dr. Ziya Türkyılmaz bildirir.


Haşdi Şabi ABŞ-ın İraqdan qovulmasını niyə israr edir?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi
    Lakin yarışlarda tamaşaçılar iştirak etməyəcək.
     29.05.2020
    Restoran, kafe və çay evlərində xidmət saatları artırılır
    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
     29.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ