1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:07.11.2019 11:16:51

Türkiyə məhkəməsi 2016-cı ildə ölkədə çevriliş cəhdi ilə əlaqəsi olduğu iddia edilərək, həbs edilmiş iki tanınmış jurnalistin şərti olaraq sərbəst buraxılması haqda qərar verib.

Türkiyə məhkəməsi 2016-cı ildə ölkədə çevriliş cəhdi ilə əlaqəsi olduğu iddia edilərək, həbs edilmiş iki tanınmış jurnalistin şərti olaraq sərbəst buraxılması haqda qərar verib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, "terrorçu qrupa kömək etdiklərinə görə" müvafiq olaraq 10 il yarım və 8 il 9 ay müddətində cəza çəkən Əhməd Altan və Nazlı İliçak bazar ertəsi axşam saatlarında həbsxanadan çıxıb.

Onların hər biri çəkdiyi 3 il həbs müddətindən azad edilib və hər ikisinə ölkəni tərk etməmək barədə göstəriş verilib.

Jurnalistlər Ankaranın Rəcəb Tayyib Ərdoğanı hədəf alan çevriliş cəhdini təşkil etməkdə ittiham etdiyi, Birləşmiş Ştatlarda yaşayan müsəlman din xadimi Fəthullah Gülənlə əlaqədə gunahlandırılırdı.

Türkiyədə tanınmış ziyalılar olan Altan və İlicak 2018-ci ildə ömürlük həbs cəzasına məhkum edilmişdilər. Lakin apellyasiya məhkəməsi bu ilin iyul ayında hökmün ləğv edilməsi haqda qərar çıxarıb. (voa)


Həbsdəki tanınmış jurnalistlər azad olunub - TÜRKİYƏDƏ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pakistan Səudiyyə ilə İranın arasını düzəltmək istəyir
    Pakistan baş nazirinin Səudiyyə ilə İran arasında vasitəçilik etmək üçün şənbə günü Ər-Riyada gedəcəyini bildirib.
     14.12.2019
    Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Senatının erməni soyqırımı haqda qətnaməsini pislədi
    Cümə axşamı ABŞ Senatı tərəfindən "qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə" tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir.
     14.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ