EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:10.11.2018 11:40:17

Fotolar eks-bankirin həyat yoldaşı həbsdən çıxdığı gün çəkilib.

Noyabrın 8-də London Ali Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılan Beynəlxalq Bankın həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın yeni görüntüləri yayılıb.

İslamazeri.com "Qafqazinfo”ya istinadən xəbər verir ki, fotolar eks-bankirin həyat yoldaşı həbsdən çıxdığı gün çəkilib.

Xatırladaq ki, məhkəmə Hacıyevanı 500 min funt sterlinq (təxminən 1,2 milyon manat) girov qarşılığında zaminə buraxıb. Hakim onun zaminə buraxılmasına etiraz etmək üçün ciddi əsaslar olmadığını bildirmişdi.

Qeyd edək ki, Vestminster Şəhər Məhkəməsi noyabrın 6-da Hacıyevanın zaminə buraxılmasına dair qərar versə də, prokurorlar onun ölkədən çıxacağından ehtiyat etdikləri üçün qərara etiraz etmişdilər.

55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində noyabrın 6-da London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlıdır.

 

 

 


Həbsdən çıxan Hacıyevanın yeni FOTOLARI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əli Kərimlinin saxlanılması ilə bağlı RƏSMİ açıqlama yayıldı
    AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıblar
     18.11.2018
    ABŞ Suriyada daha 40 dinc sakini qətlə yetirdi
    ABŞ BMT və beynəlxalq aləmin sükutu və reaksiyasızlığı kölgəsində Suriyada mülki qətliamını davam etdirir.
     18.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ