EURO 1,8926 TRY 0,2924
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. İnfo

Kateqoriya : İnfo

Yayınlanma tarixi:30.04.2019 13:32:56

KQB sədri bizim “Yasin” oxumağımıza mane olmaq istəyirdi, Heydər Əliyev imkan vermədi, dedi, qoy oxusunlar.

KQB sədri bizim “Yasin” oxumağımıza mane olmaq istəyirdi, Heydər Əliyev imkan vermədi, dedi, qoy oxusunlar.

Axar.az xəbər verir ki, bu sözləri Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Ramazan ayının başlaması ilə bağlı keçirilən tədbirdə deyib.

A.Paşazadə bildirib ki, hadisə rəhmətlik Prezident Heydər Əliyevin xanımı, akademik Zərifə Əliyevanın dəfn mərasimində yaşanıb:

“Zərifə xanım Əliyevanın dəfnində mən və Kamil Əliyev “Yasin” oxuyurduq. Həmin vaxt dəfndə keçmiş SSRİ-nin KQB sədri də iştirak edirdi. O, mərasimdə bizim yüksək səslə “Yasin” oxuduğumuzu görüb tərs-tərs baxırdı. Yaxınlaşıb nə isə demək istəyirdi ki, bizim “Yasin” oxumağımıza maneəçilik törətsin. Rəhmətlik Heydər Əliyev buna imkan vermədi.

Əli ilə ona geri qayıtmağını bildirib dedi ki, işin olmasın, qoy “Yasin” oxusunlar. Halbuki SSRİ KQB sədrinə belə bir söz demək mümkün deyildi. Hamı qorxardı. Onun sözünün qarşısında söz deyilə bilməzdi. Ancaq Heydər Əliyev qorxmazlığını hər məqamda göstərirdi. İnam buna deyərlər. Heydər Əliyevin dinə, islama inamı bu qədər güclü idi”.


“Heydər Əliyev KQB sədrinə dedi ki...” - Allahşükür Paşazadə

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakı bazarlarında müəmmalı yanğınlar: qəsd, yoxsa...
    Son günlər paytaxt bazarında və ticarət mərkəzində baş vermiş yanğınlar çoxlu suallar yaradıb, müəmmalara, şübhələrə və müxtəlif mülahizələrə yol açıb.
     16.12.2019
    Ərdoğan “Avro-2020”ni Bakıda izləyəcək: “İlham Əliyev məni gözləyir”
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Avro-2020”də Türkiyənin keçirəcəyi iki görüşü Bakıda izləyəcək.
     16.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ