EURO 2,007 NEFT 62,73
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.07.2017 10:54:51

Hadisənin hansı səbəbdən baş verməsi hazırda davam edən istintaq araşdırmasından sonra məlum olacaq.

Heydər Əliyev prospekti-Hava Limanı yolunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza bu gün səhər saat 08:30 radələrində keçmiş Suraxanı dairəsi yaxınlığında qeydə alınıb.

İslamazeri.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

Hava limanı istiqamətində hərəkət edən "Daewoo" və "Volkswagen Passat" markalı iki minik avtomobili toqquşub. Zərbənin təsirindən avtomobillər "VAZ-2107" markalı minik maşınına və həmin vaxt hərəkətsiz vəziyyətdə dayanan 171 nömrəli marşrut xəttinə aid sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində avtobusun arxa tərəfi zədələnsə də, sərnişinlərdən heç biri xəsarət almayıb. Lakin "Daewoo" markalı avtomobildə olan sürücü və sərnişin ölüb.

Hadisənin hansı səbəbdən baş verməsi hazırda davam edən istintaq araşdırmasından sonra məlum olacaq.


Heydər Əliyev prospektində ağır yol qəzası: 2 nəfər ölüb - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Humanitar təşkilat: Aclıq və xəstəlik səbəbilə Yəməndə hər gün 130 uşaq ölür
    Səudiyyə Ərəbistanının tətbiq etdiyi blokada Yəməndə humanitat böhranı şiddətləndirib.
     17.11.2017
    Cübran Bassil: Bəzi qüvvələr Livan-Rusiya qaz müqaviləsini pozmağa çalışır
    Livanın XİN rəhbəri Rusiyadan regionda güc balansını təmin etməyi xahiş edib.
     17.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ