1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:6.02.2021 18:43:52

Biz dostluq sərhədindəyik. Bilirsiniz ki, cənab Prezident də Xudafərin körpüsünə səfəri zamanı İran-Azərbaycan sərhədini dostluq sərhədi adlandırmışdı...

Biz dostluq sərhədindəyik. Bilirsiniz ki, cənab Prezident də Xudafərin körpüsünə səfəri zamanı İran-Azərbaycan sərhədini dostluq sərhədi adlandırmışdı. Bundan sonra səfərimiz Zəngilan rayonunadır. Orada Mincivan qəsəbəsində olacağıq, bilirsiniz ki, orada dəmir yolu stansiyası fəaliyyıət göstərirdi və bu ərazi də ermənilər tərəfindən dağıdılıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Cəbrayılda Xudafərin körpüsünə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

H.Hacıyev səfərin məqsədi barədə danışarkən qeyd edib ki, ümumilikdə bu səfərin mahiyyəti Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin törətdiyi vəhşiliklərin diplomatik korpusun nümayəndələri və səfirlərin öz gözləri ilə görməsinə fürsət yaratmaqdır:

"Ermənistan uzun illər guya sivil bir siyasət yürütdüyünü göstərirdi. Amma bu ərazilərdəki vəhşilik Ermənistanın bir daha əsl mahiyyətini göstərir. Diplomatik korpus nümayəndələri də gördülər ki, Azərbaycana aid nə varsa, hər şey dağıdılıb, məhv edilib.

Bizim bu səfərdə dünyanın müxtəlif bölgələrində müharibə təcrübəsi olan jurnalistlər və mütəxəssislər də iştirak edir. Onlar da etiraf edir ki, ən qatı münaqişə ocaqlarında qəbiristanlıqların dağıdılmasına çox nadir hallarda rast gəlinib. Görün, indi vandalizmin hansı nümunəsidir ki, burada qəbirlər, qəbirlərin içərisindəki sümüklər belə dağıdılıb".


Hikmət Hacıyev: Biz dostluq sərhədindəyik...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mirhəmid Məmmədov: Papanın Ayətullah Sistanilə görüşü çox səmərəli oldu
    İlahiyyatçı alim Mirhəmid Məmmədov: Düşündüyümə görə, bu görüşün dünyada və reqionda sülhün bərqərar olmasında böyük rolu olacaqdır
     6.03.2021
    Hacı Surxay Məmmədli: Bu görüş tarixə qızıl hərflərlə yazılacaq
    Hacı Surxay Məmmədli: Bu səfər İslamafob təfəkküründə olan mənfur niyyətli ünsürlərin alt üst etdi
     6.03.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ