1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:15.01.2021 15:26:48

Hindistanın müsəlman icmasının ölkənin bəzi ştatlarında qəbul edilən “digər dinə sövq edilməsinin qadağası” qanununa etirazına Ali Məhkəmədə baxılsa da, nəticə müsbət olmayıb.

Hindistanda bu qanun artıq “eşq cihadı” qanunu kimi tanınıb.

İslamazeri.com az.shafaqna.com-a istinadla xəbər verir ki, sözügedən qanun Uttar-Pradeş, Uttarakhand və Madhya-Pradeş ştatlarında qəbul edilib. Qanuna əsasən, hindu qadınları ilə ailə quran və onları daha sonra İslamı qəbul etməyə sövq edən müsəlmanları həbs cəzası gözləyir. Hindistanın bir sıra digər ştatları da bu qanunun qəbuluna hazırlaşır.

Bildirək ki, Hindistanda millətçi hindu Bharatiya Cənnət partiyası hakimiyyətə gəldikdən sonra ölkədə müsəlmanların hüquqlarını pozan çox sayda qanunlar qəbul edilib, müxtəlif məhdudiyyətlər tətbiq olunub.

Qeyd edək ki, 1,3 milyard əhalisi olan Hindistanda 195 milyon müsəlman yaşayır. Bu rəqəmlərin nisbəti çox böyük olmasına rəğmən, yalnız Atter-Pradeş ştatında nəzər saldığımız qanunun tətbiqi ilə 86 müsəlmana qarşı cinayət işi açılıb, onlardan 54-ü artıq həbs edilib. Bu 86 nəfərdən 79-u müsəlman kişilərdir. Onlar “hind qadınları yoldan çıxarmaqda və onları İslamı qəbul etməyə məcbur edilmədə” günahlandırılıblar.


Hindistanda daha bir islamofob addım - “eşq cihadı” qanunu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mirhəmid Məmmədov: Papanın Ayətullah Sistanilə görüşü çox səmərəli oldu
    İlahiyyatçı alim Mirhəmid Məmmədov: Düşündüyümə görə, bu görüşün dünyada və reqionda sülhün bərqərar olmasında böyük rolu olacaqdır
     6.03.2021
    Hacı Surxay Məmmədli: Bu görüş tarixə qızıl hərflərlə yazılacaq
    Hacı Surxay Məmmədli: Bu səfər İslamafob təfəkküründə olan mənfur niyyətli ünsürlərin alt üst etdi
     6.03.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ