1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:26.03.2019 00:51:10

Hadisənin ardınca ABŞ-da səfərdə olan İsrail Baş naziri Benyamin Netanyahu səfərini yarımçıq qoyacağını deyib.

İsraildə Tel-Əviv yaxınlığındakı Mişmeret bölgəsinə bazar ertəsi erkən saatlarda raket hücumu təşkil edilib. Qəzza zolağından edildiyi ehtimal olunan hücum nəticəsində ən azı yeddi nəfər yaralanıb. İsrail ordusu Qəzza sərhədinə əlavə birlik göndərib. Ordu həmçinin hücumu HƏMAS-ın reallaşdırdığını deyib.

İslamazeri.com xəbər verir ki, hadisənin ardınca ABŞ-da səfərdə olan İsrail Baş naziri Benyamin Netanyahu səfərini yarımçıq qoyacağını deyib.

"Təhlükəsizlik səbəbləriylə ABŞ səfərimi yarımçıq qoyacam" deyən baş nazir, hücumu "çirkin bir cinayət" olaraq xarakterizə edib. Netanyahu, "Hücuma təsirli şəkildə cavab verəcəyik" deyə əlavə edib.

İsrail polisi raketin dəydiyi evdə yanğın çıxdığını və yaralılara müdaxilə edildiyini ifadə edib.

İsrailli səlahiyyətlilər atılan raketin HƏMAS-ın istifadə etdiyi silah tipinə bənzədiyi səbəbiylə hücumun bu təşkilat tərəfindən edildiyi ehtimalı üzərində dayanır. Digər tərəfdən fələstinli səlahiyyətlilərdən hələ ki, bir açıqlama gəlməyib.

Qəzza etirazlarının il dönümü və İsrail Baş naziri Benyamin Netanyahunun da namizəd olduğu 9 aprel seçkilərinin yaxınlaşmasıyla Fələstin və İsrail arasında gərginlik artır.


HƏMAS-dan İsrailə raket hücumu: Yaralananlar var; Netanyahu ABŞ səfərini yarımçıq qoyacağını açıqladı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsrail Ordusunda reallıq: Qumara aludə olan gizir pulemyot və qumbaraları satırmış...
    İsrail Ordusu güclü olduğunu dünyaya yeritsədə, reallıq ordudakı xaos, özbaşnalıq və ruh düşkünlükdən başqa bir şey deyil
     19.07.2019
    İnqilab Keşikçilərinin Baş Komandanı: Səhv edərlərsə strategiyamızı dəyişib - müdafiədən hücuma keçəcəyik
    "İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandanı vurğulayıb: Düşmənlər öz hesablamalarında xətaya yol verərlərsə, bizim strategiyamız müdafiədən hücuma dəyişəcək və bütün imkanlarımız başdan-başa hücum xarakterli olacaqdır."
     19.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ