1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:18.12.2019 21:51:52

Ərəb telekanalları HƏMAS-ın İsrail xüsusi xidmət orqanlarını aldatması ilə bağlı məlumatlar yayımlayıblar

İslamazeri.com Rasthaber Azərbaycan-a istinadən xəbər verir ki, “Al Mayadeen” telekanalında dünən gecə HƏMAS və İsrail arasında kəşfiyyat müharibəsindən bəhs edən süjet yayımlanıb.

Süjetdə HƏMAS üzvlərindən birinin İsrail xüsusi xidmət orqanları ilə oyun qəsdilə necə əməkdaşlıq etdiyi diqqətə çatdırılır.

HƏMAS bildirir ki, İsrail xüsusi xidmət orqanlarına oyun qəsdilə “əməkdaş”lığa razı olan adı açıqlanmayan fələstinli dəfələrlə düşmən xüsusi xidmət orqanlarına yalan, əməliyyatı bərbad edən informasiyalar ötürüb. Bir il ərzində İsrail xüsusi xidmət orqanları bu fələstinlinin peşakar yalan məlumatları ilə böyük fiziki və maddi güc sərf ediblər.

Qətərin “Al Jazeera” telekanalı da bir müddət əvvəl oxşar videosüjet yayımlamışdı.

HƏMAS-ın hərbi qolu “İzzəddin Al Qassam” briqadasının üzvü İsrail tərəfindən əməkdaşlığa cəlb edilmək istəyərkən, o komandirlərinə bu haqda məlumat verir. Beləliklə, İsrail xüsusi xidmət orqanları əməkdaşları ilə HƏMAS üzvünün danışıqları, əlaqələri izlənilir və nəzarətdə saxlanılır. Süjetdə İsrail xüsusi xidmət orqan əməkdaşı ilə HƏMAS üzvünün telefon danışığı yayımlanıb.

HƏMAS-ın raket qurğularının yanına xüsusi GPS avandanlığının yerləşdirilməsi İsrail xüsusi xidmət orqanlarının növbəti tapşırığı olur -  süjetdə bu avandanlıq nümayiş edilib. İsrail raket sistemlərinin yerini öyrənməklə kifayətlənməyərək, öz əməkdaşları sandıqları HƏMAS üzvünə raketdəki bəzi işləri görərək İsrailə zərbə endirilən zaman yerindəcə partlaması üçün təlimatlar da verib.

Bir il sonra İsrailin ŞABAK xüsusi xidmət orqanı bu HƏMAS üzvünün onları aldatdığını və öz fələstinli komandirlərinin göstərişlərinə əməl etdiyini aşkar edir.


HƏMAS kəşfiyyat müharibəsində İsraili necə aldatdı?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Amerikalı jurnalistin muzdlularla bağlı sualına Azərbaycan Prezidentinin maraqlı cavabı
    İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib.
     25.10.2020
    Düşmənin döyüş texnikaları belə məhv edilərək geri çəkilməyə məcbur oldu - VİDEO
    Ermənistan silahlı qüvvələri 543-cü alayının 1-ci taborunun bölmələri şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilib.
     25.10.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ