1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:03.01.2020 21:21:19

Mahmud Əhmədinejad ABŞ-ın İraqda hücumu nəticəsində qətlə yetirilən Qasim Süleymaninin şəhadətilə bağlı açıqlama verib

İslamazeri.com Rasthaber Azərbaycan-a istinadən xəbər verir ki, İranın eks-prezidenti Mahmud Əhmədinejad ABŞ-ın İraqda hücumu nəticəsində qətlə yetirilən Qasim Süleymaninin şəhadətilə bağlı açıqlama verib.

Açıqlamada deyilir:

“Allahdan gəlmişik, Ona tərəf qayıdacağıq...

Amerikanın həyata keçirdiyi qaçlı terror hücumundan sonra, General Hacı Qasim Süleymani, ömür boyu heç dayanmadan davam edən səylərinin və saysız-hesabsız təhlükəli meydanlarda olmasının ardından şəhid dostlarına qatıldı.

O müqəddəs müdafiənin komandirlərindən və qazilərindən idi. Eyni zamanda hərbi əməliyyatların idarə edilməsi və əməliyyatın planlamasında bənzərsiz simalardan sayılırdı. Ayətullah Xameneinin ən yaxın dostlaından və güclü qollarından idi.

Onun bölgənin bütün önəmli sahələrində və Amerikaya qarşı müqavimət hərəkatının təşkilatlanmasında müstəsna rolu olmuşdur.

Bu acı hadisədən və General Qasim Süleymaninin və yanındakı dostlarının şəhadətindən kədərləndiyimi, xüsusilə Ayətullah Xamenei, şəhidlərin ailələri, yaxınları və dostlarına dərin hüznlə başsağlığı verirəm.

Bölgənin bəsirətə sahib və ağıllı xalqlarının, bölgdə təhlükəsizlik, dostluq və qardaşlıqla birləşəcəyindən və xarici bölünmə, işğal, hücum və müdaxilə yolunu bağlayacaqlarına əminəm.

 Hegemonya rejimi, lanlardan və aksiyalardan faydalana bilməyəckdir.

Allah Təaladan, xalqların qeyrətini ucaltmasını və insanlıq düşmənlərini və müstəkbirləri zəlil etməsini arzu edirəm."


Əhmədinejaddan Süleymani mesajı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiya yeni hipersəsli silahları sınaqdan keçirir
    Rusiya Şimal donanmasında yeni hipersəsli silahı sınaqdan keçirir.
     28.02.2020
    Süleymani sui-qəsdində ABŞ-a İsraildən başqa kömək edən ölkə məlum oldu
    Daha öncə İsrailin Süleymaniyə qarşı əməliyyat zamanı ABŞ-a dəstək verməsilə bağlı da məlumat yayılmışdı.
     28.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ