EURO 1,909 TRY 0,248
USD 1,7 RUB 0,0241
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.12.2019 14:54:15

Vətəndaş Həmrəyliyi Platforması tanınmış azərbaycanlı hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyatına sui-qəsdi pisləyir

Vətəndaş Həmrəyliyi Platforması tanınmış azərbaycanlı hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyatına sui-qəsdi pisləyir və ATƏT, Avropa Şurası, BMT və həmin təşkilatların üzvü olan dövlətləri bu hadisə ilə bağlı beynəlxalq araşdırma aparmağa çağırır.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bəyanatında qeyd olunur ki, O. Gülalıyev 2019-cu il oktyabrın 29-da Azərbaycanın paytaxtında gündüz saatlarında piyada keçidini keçərkən qəsdən avtomobillə vurulub. O, başından ciddi travma alıb və komaya düşüb.

Ölkədəki və dünyada baş qaldıran ictimai etirazlardan sonra Azərbaycan hakimiyyəti xüsusi təyyarə ayıraraq və O.Gülalıyevi  İstanbuldakı klinikalardan birinə göndərib və orada yüksək ixtisaslı həkimlər tərəfindən yenidən əməliyyat olunub. Türkiyəli həkimlərin sözlərinə görə, əgər qəzadan sonra ilk 4 saat ərzində müvafiq yardım göstərilsəydi, hüquq müdafiəçisinin həyatına təhlükə olmayacaqdı.

2019-cu il ərzində O.Gülalıyev 8 dəfə hüquq-mühafizə orqanlarına çağırılıb, qanunsuz olaraq dindirilib, psixoloji təzyiqə məruz qalıb və ondan insan hüquqları ilə əlaqədar fəaliyyətlərə, siyasi məhbuslar məsələsini işıqlandırmağa son qoymaq  tələb edilib.

2012-ci ildə O.Gülalıyev hüquq-müdafiə fəaliyyətinə görə həbs edilib və bir neçə ay həbsxanada qalıb.

Sui-qəsd cəhdindən bir ay əvvəl hüquq-mühafizə orqanlarının yüksək vəzifəli əməkdaşları O.Gülalıyevə telefon edərək bədbəxt hadisənin qurbanı ola biləcəyini açıq şəkildə bildirirdilər.

Vətəndaş Həmrəyliyi Platforması hesab edir ki, hüquq müdafiəçisi 2018-ci ilin iyulunda Gəncə şəhərində baş vermiş kütləvi etiraz aksiyaları zamanı həbs olunanların işgəncələrə məruz qalması ilə bağlı prinsipial mövqeyinin qurbanı olub.

Vətəndaş Həmrəyliyi Platforması Azərbaycan hakimiyyətini və ATƏT üzvü olan dövlətləri hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyatını xilas etmək üçün zəruri tibbi yardımın göstəilrməsi üçün mümkün olan hər şeyi etməyə çağırır.

Bəyanatı Platformaya daxil olan 30-dan hüquq-müdafiə təşkilatı imzalayıb. (Turan)


Hüquq müdafiəçiləri Oqtay Gülalıyevin işinin beynəlxalq araşdırılmasını tələb edirlər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Maliki açıqladı: ABŞ İŞİD-lə mübarizədə İraqa kömək etməyib
    İraqın sabiq baş naziri Nuri Əl Maliki maraqlı açıqlamaları ilə gündəmə gəlib
     03.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ