1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:4.02.2021 00:34:33

İlahiyyatçı alim Marneulidəki İmam Hüseyn (ə) məscidinin axundu Hacı Əziz Nəbiyevdən bununla bağlı danışıb

Az.shafaqna.com Gürcüstanın tanınmış ruhanisi, ilahiyyatçı alim Marneulidəki İmam Hüseyn (ə) məscidinin axundu Hacı Əziz Nəbiyevdən bununla bağlı münasibət alıb.

Münasibəti təqdim edirik:

“Bismillahir Rəhmanir Rəhim

Xanım Fatimeyi Zəhranın (s.ə) dünyaya gəldiyi gün İslam Aləmində ən əzəmətli günlərdən biri hesab olunur. Bu günün müqəddəsliyinə dəlil olaraq Allah Təala Rəsulallaha müjdə verir; Qurani Kərimin Kövsər surəsini nazil edir.  Peyğəmbər buyurur: Allah Fatimənin qəzəbilə qəzəblənir, onun sevincilə sevinir. Fatimə (s.ə) mənim bədənimin bir parçasıdır. Kim onu incitsə, məni incidib, onunla düşmənçilik edən mənimlə düşmənçilik edib. Fatimə (s.ə) mənim qəlbimdi, ruhumdur.”

Bizim üçün əsas və mühüm budur ki, bu zülmət dolu dünyada yolunu azmağa meylin çoxaldığı bir zamanda hidayət yolunda qalmağımız, dünya və axirət xoşbəxtliyini əldə etməyimiz üçün Fatimeyi Zəhranı (s.ə)  tanıyaq, onun həyatda yaşam tərzini öyrənək və onu özümüz üçün nümunə qərar verək. Həzrəti Fatimeyi Zəhranın(s.ə) həyat yoldaşı ilə davranışını, uşaqların necə tərbiyyə edilməsini ondan nümunə götürək. İctimai məsuliyyət, o cümlədən məhrum və kimsəsiz ailələrə qarşı fədakarlığı, sadə yaşam tərzi, Allah qarşısında ibadət və dua etməsi bizim üçün örnək və nümunə olmalıdır.

Bir daha başda İmam Zaman (ə.f) olmaqla bütün dünya müsəlmanlarını Xanım Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibətilə təbrik edir, o Həzrətin şəfaətini hamımıza nəsib olmasını arzu edirəm.”


İctimai məsuliyyət barədə Xanım Zəhranı (s.ə) özümüzə örnək götürməliyik

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mirhəmid Məmmədov: Papanın Ayətullah Sistanilə görüşü çox səmərəli oldu
    İlahiyyatçı alim Mirhəmid Məmmədov: Düşündüyümə görə, bu görüşün dünyada və reqionda sülhün bərqərar olmasında böyük rolu olacaqdır
     6.03.2021
    Hacı Surxay Məmmədli: Bu görüş tarixə qızıl hərflərlə yazılacaq
    Hacı Surxay Məmmədli: Bu səfər İslamafob təfəkküründə olan mənfur niyyətli ünsürlərin alt üst etdi
     6.03.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ