1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:11.05.2020 12:23:23

Bunu İran İslam İnqilabının rəhbəri koronavirusla milli mübarizə qərargahı ilə video-konfransda deyib

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Xamenei dünən koronavirusla milli mübarizə qərargahı ilə bu qərargahın üzvləri və ölkənin 31 valisinin iştirakı ilə keçirilən video-konfransda Qərbin koronavirusla mübarizə üzrə beynəlxalq bir imtahanda məğlub olduğunu deyib.

"Qərb və Qərbə aludə olanlar bu məğlubiyyətin görünməsini istəmirlər, amma bu acizliyin cəhətləri araşdırlıb, bəyan edilməlidir,  xalqlar üçün mühüm talelərin seçilməsi məhz agahlıqdan asılıdır.", -deyə o əlavə edib.

İslam İnqilabının Böyük Rəhbəri "Qərbin idarəçilik bacarıqlarının məğlubiyyəti" barədə isə deyib: "Koronavirus Amerika və Avropada digər ölkələrlə müqayisədə daha gec başlandı, yəni bu ölkələrin həmin virusla qarşılaşmaq üçün özlərini hazırlamağa fürsətləri var idi. Amma bunu edə bilmədilər. Amerikada və bəzi Avropa ölkələrində yoluxanlar və vəfat edənlərin yüksək rəqəmi və həmin ölkələrdə xalqların müxtəlif problemləri, o cümlədən işsizlik, bu acizlikləri isbat edir."

İnqilab lideri "Qərbin ictimai fəlsəfəsinin" də koronavirusla mübarizədə məğlub olduğunu qeyd edərək "Qərbdə ictimai fəlsəfənin ruhu və məzmunu materializmə və pula söykənir. Bu səbəbdən də korona ilə mübarizədə yaşlılar, xəstə, pulsuz və əlil insanlara etinasızlıq göstərdilər. Çünki bu adamların pul qazanıb maddi imkan əldə etmək imkanları yoxdur. Buna görə də qocalar evində çoxlu sayda yaşlı insan canını tapşırdı ki, bu gerçəkliklər də Qərbin sosial fəlsəfəsinin məğlubiyyətinin gerçəkliklərini üzə çıxarır", - deyə qeyd edib.

Ayətullah Xamenei ictimai etikanın nümayiş etdirilməsi sahəsində Qərbdə mağazalara hücum kimi hallara işarə edərək sözlərinə belə davam edib: "Qərblilər bütün iddialarına rəğmən, bu sahədə də məğlub oldular və bu gerçəkliklər ümumi fikrə bəyan edilməlidir."

İslam Respublikasının ali dini lideri İran xalqı və rəsmilərinin ictimai, mədəni, müalicə, səhiyyə, elm, idarəçilik və xidmət kimi müxtəlif istiqamətlərdə koroanvirusla mübarizə sahəsindəki faəliyyətlərini "cihadi, əzəmətli və iftixarlı bir hərəkət" adlandıraraq vurğulayıb ki, İran xalqı özünün mətin və səbirli rəftarı ilə doğrudan da çox yaxşı parladı və islami-irani mədəniyyəti cilvələndirdi.

Ayətullah Xamenei məscid və hüseyniyələrin açılması haqda isə "Mən bu məsələ ilə bağlı heç bir təklif irəli sürmürəm. Korona ilə Milli Mübarizə Qərargahının mütəxəssis rəyini əsas götürürəm. Ancaq nəzərə almaq lazımdır ki, ibadətlər və təvəssül, xüsusilə Ramazan ayı və qədr gecələrində xalqın əsas və qəti ehtiyaclarındandır. İnsanların mühüm hadisələr zamanı da Allahla ünsiyyətə böyük ehtiyacları vardır. Əlbəttə, inanıram ki, bu sahədə çox ciddi qaydalar da tətbiq olunsa, mömin və məscid əhli olan insanlar heç şübhəsiz hər kəsdən daha çox əməl edəcəklər", -deyə qeyd edib.


İctimai ruhu materializm və pula söykənən Qərb imtahandan kəsildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Nəfəs ala bilmirik” şüarı məzlumların şüarı idi - Ayətullah Xamenei
    "Nəfəs ala bilmirik” şüarı zülm altında olan bütün xalqların ürəyinin sözü idi. "
     04.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ