1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:23.01.2019 00:17:34

Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrində yeni təyinatlar olub.

Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrində yeni təyinatlar olub.

Nazirlikdən “Report”a verilən məlumata görə, nazirliyin Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Tahir Əliyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev bu vəzifədən azad edilərək Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Vüqar Qədirov Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.

“Ölkədə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, o cümlədən regionlarda mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi, mədəniyyət müəssisələrinin işinin yaxşılaşdırılması, regional mədəniyyət idarələrinin fəaliyyətinin dövrün tələbələrinə uyğun təşkili məqsədilə kadr islahatları davam etdiriləcək”, – deyə, nazirliyin məlumatında bildirilib.


İdarə rəisi vəzifəsindən azad olundu - YENİ TƏYİNATLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qubada suya düşən ekskavator sürücüsünün meyiti tapıldı - FOTO
    Meyit aidiyyəti üzrə təhvil verilib.
     21.02.2019
    Məhkəmə jurnalist Mustafa Hacıbəyliyə 5 il 6 ay şərti cəza verdi
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəylinin barəsində qərarını açıqlayıb
     21.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ