Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:19.01.2022 14:28:23

İsmayıllı rayonunda gənc oğlan dəm qazından zəhərlənərək ölüb.

İslamazeri.com APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Müdrüsə kəndində qeydə alınıb.

Kənd sakini, 2002-ci il təvəllüdlü Hüseynov Süleyman Faiq oğlu yaşadığı evin hamamında çimərkən kustar üsulla quraşdırılmış su qızdırıcısından ayrılan dəm qazından zəhərlənib. 

Ailə üzvləri hadisədən gec xəbər tutub. Onu huşsuz vəziyyətdə yerə yıxıldığını görən valideynləri təcili olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparsa da, oğlan orada dünyasını dəyişib.

Qeyd edək ki, iki gün öncə hərbi xidmətini başa vuraraq evə qayıdan Süleyman Hüseynovun yanvarın 24-də 20 yaşı tamam olacaqdı.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. 

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


İki gün əvvəl hərbi xidmətdən qayıdan gənc dəm qazından boğulub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
    Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
     4.07.2022
    Azərbaycan XİN başçısı yaxın günlərdə İrana səfər edəcək
    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahianın dəvəti ilə yaxın günlərdə İrana səfər edəcək.
     3.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ