EURO 1,9068 TRY 0,2906
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:25.03.2019 17:51:14

Gürcüstanın eks-prezidenti Georgi Marqvelaşvili turizmlə məşğul olmağa başlayıb - cəmi 80 dollar ödəməklə istənilən şəxs keçmiş dövlət başçısının özünün tikdiyi evdə gecələyə bilər.

Gürcüstanın eks-prezidenti Georgi Marqvelaşvili turizmlə məşğul olmağa başlayıb - cəmi 80 dollar ödəməklə istənilən şəxs keçmiş dövlət başçısının özünün tikdiyi evdə gecələyə bilər.

Virtualaz.org “Rustavi 2” telekanalına istinadən xəbər verir ki, Marqvelaşvili Duşetidə yaşadığı evin həyətində tikilmiş kottecin elanını airbnb.com beynəlxalq ev kirayəsi saytında yerləşdirib. İyunun 4-nə qədər otağı 20% güzəştlə kirayələmək mümkündür. Kirayə prosesinə eks-prezidentin qızı Anna Marqvelaşvili nəzarət edir.

Gürcüstan prezidenti vəzifəsindən gedəndən sonra işsiz qalmış Marqvelaşvilinin ailəsi gəlir mənbəyə axtarmağa başlayıb və həyətlərindəki kotteci kirayə vermək qərarına gəlib. Bu ev Marqvelaşvilinin prezident olduğu dövrdə tikilib.

Jurnalistlərin sualına cavab verərkən keçmiş prezident bildirib ki. dövlət başçısı vəzifəsindən gedərkən ehtiyatda saxladığı pulun məbləği cəmi 6 min lari (təxminən 2200 dollar) olub.

“Pul məsələsinə gəlincə, düşünürəm ki. mən xristianam, çünki pulum həmişə az olub və olan pulu xərcləyib, Allaha ümid etmişəm”, - Marqvelaşvili deyir.

Kottecə gedən yol eks-prezidentin həyətyanı sahəsindən keçir. O, evi tutmuş turistləri öz əlləri ilə əkdiyi tərəvəzə qonaq etməyə hazırlaşır. Yeməkdən sonra isə turistlər bağda əkilmiş nardan dada bilərlər. Həmin nar ağaclarının tinglərini Marqvelaşviliyə Azərbaycan prezidenti İlham Əliyev bağışlayıb. Tingləri torpağa keçmiş birinci xanım Maka Çiçua əkib. Bostandakı kartof sahəsi isə Belarus prezidenti Aleksandr Lukaşenkonun hədiyyəsidir.

Qeyd olunur ki, elanın verildiyi saytda evin eks-prezidentə aid olduğu yazılmayıb. Bunu turistlərə sürpriz olaraq təqdim edəcəklər.

Mənbənin bildirdiyinə görə, Duşetidəki evi Marqvelaşvili 2004-cü ildə cəmi 2500 dollara alıb.


“İlham Əliyevin bağışladığı nar ağacları, Lukaşenkonun hədiyyə etdiyi kartof”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ruhanidən ABŞ-a mesaj: Bir yolumuz var - MÜQAVİMƏT!
    Bunu İran prezidenti Həsən Ruhani bəyan edib.
     24.04.2019
    İsrail işğal edilmiş ərazidə “Tramp” adlı qəsəbə salacaq
    İsrail rejiminin Baş naziri Qolan yüksəkliklərindən səyahət edir.
     24.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ