1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:31.01.2020 11:03:02

M.Süleymanov işdən çıxması ilə bağlı özü ərizə ilə müraciət edib.

Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu Murad Süleymanov işdən uzaqlaşdırılıb.

İslamazeri.com Axar.az-a istinadən xəbər verir ki, M.Süleymanov işdən çıxması ilə bağlı özü ərizə ilə müraciət edib.

M.Süleymanov işdən çıxmasına isə şok səbəb göstərib. "Kanal 13"-ə müsahibəsində o bildirib ki, Nərminin qətli ilə bağlı məsələdə ona "polis əməkdaşı kimi hörmət qoyulmadığı üçün" işdən çıxıb.

O, nəinki əmisi oğlunun, özünün də şərləndiyini iddia edib:

“Polis əməkdaşı olmağıma baxmayaraq, mənim özümü də şərləyirdilər. Məhz bu səbəbdən istefa ərizəmi yazıb göndərmişəm. Ərizəmi yazmağıma səbəb İlkinə və mənim özümə olan haqsızlıqdır”.

M.Süleymanov “polis işçisi kimi” hansı müstəsna hüquq istəyib və yaxud niyə bir yerdə işlədiyi kollektivin qəflətən onu və əmisi oğlunu şərləməyə girişməsinin səbəbini isə açıqlamayıb.


İlkinin polis əmisi oğlu işdən çıxdı - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ Süleymanini öldürməklə təkfirçilərə ən yaxşı hədiyyəni etdi
    Bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani səsləndirib.
     04.07.2020
    “Avropa Gürcüstanı” lideri: Aclıq başlamadan Türkiyə ilə sərhədi açın
    "Avropa Gürcüstanı”nın liderlərindən biri Gigi Uqulava Türkiyə ilə sərhədlərin açılmasına və insanlara işləmək imkanının verilməsinə dair çağırış edib.
     04.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ