EURO 1,932 TRY 0,2477
USD 1,7 RUB 0,0238
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:16.02.2020 13:51:05

Fevralın 16-da Mərkəzi Seçki Komissiyasının qarşısına təyin edilən aksiyadan əvvəl saxlanılanlar var.

İslamazeri.com amerikanınsəsi-nə istinadən xəbər verir ki, bazar günü Mərkəzi Seçki Komissiyasının qarşısına təyin edilən aksiyadan əvvəl saxlanılanlar var.

Saxlanılanlar arasında REAL Partiyasının sədri İlqar Məmmədov , D18 Hərəkatının rəhbəri, deputatlığa namizəd Ruslan İzzətli və Müsavat Partiyasından deputatlığa namizədlər Əlikram Xuşudov və Bakıxan Qəribli, səlahiyətli nümayəndə Bayraməli Abdullayev də var.

Müşahidəçilərin qənaətinə görə, saxlanılanların sayı daha çoxdur.

İlqar Məmmədovun yaxınları Amerikanın Səsinə bildirib ki, İlqar Məmmədov evdən çıxarkən saxlanılıb.

"Biz gördük ki, mülki geyimli 1-2 nəfər İlqara hücum etdilər. Onun yanında ReAl Partiyasının fəalları da var idi. Zorla hamısnı avtomobilə mindirib apardılar," Məmmədovun yaxınları Amerikanın Səsinə bildirib.

D18 hərəkatının İdarə Heyətinin üzvü Samira Ağayeva Amerikanın Səsinə deyib ki, mülki geyimli şəxslər Ruslan İzzətlini Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə aparıblar. Amma həmin şöbədən bunu təkzib ediblər.

Bundan əlavə deputatlığa namizədlərdən Mehman Hüseynov və Ülvi Həsənli də avtomobillə aksiyaya gedərkən saxlanılıb. Onlar facebookda canlı yayım edərkən kəsilib.

Bundan əlavə Arif Hacılı Amerikanın Səsinə bildirib ki, polis yaşadığı evin ətrafında post qurub.

İlqar Məmmədov və saxlanılan digər fəalların haraya aparılması barədə hələ Daxili İşlər Nazirliyi məlumat yaymayıb.

ReAL, Müsavat partiyaları, D18 Hərəkatı və bəzi müstəqil namizədlər fevralın 16-da etiraz aksiyası keçirirəcəklərini açıqlamışdılar.

Onlar bir həftə öncə, fevralın 9-da gerçəkləşən növbədənkənar parlament seçkilərində ciddi qanun pozuntularının baş verdiyini bildirərək elan edilən nəticələrin ləğv olunmasını tələb edirlər.


İlqar Məmmədov və daha bir neçə fəal saxlanıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsrailin 2006 hücumunu iflasa uğradan Süleymani və Muğniyə idi
    Bu sözləri “Hizbullah” Baş katibinin müavini Şeyx Naim Qasim deyib
     09.07.2020
    Azərbaycanda bu günə olan koronavirus statistikası:  542 yoluxma, 465 sağalma
    Azərbaycanda 542 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     08.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ