1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:05.03.2020 10:27:07

10 Rəcəb 9-cu İmam Həzrəti Cavadın (ə) (Təqi) mübarək mövlud günüdür

İslamazeri.com: İmam Məhəmməd Təqi (ə) hicri 195-ci ildə Rəcəb ayının 10-da dünyaya Mədinə şəhərində göz açıb. Cəmi 25 il ömrü olan imam Cavad (ə) 17 il müsəlmanlara rəhbərlik edib. Atası imam Riza (ə) Məmun tərəfindən şəhid edildikdə imam Məhəmməd Təqinin (ə) cəmi 8 yaşı olub. Rəvayətlərə görə, kiçik olmasına baxmayaraq, imam Cavad (ə) atası şəhid edildikdən sonra, onu elə həmin gün Xorasanda Məmunun sarayında ziyarət edib.

Hazırda Məşhəd şəhərindəki İmam Rzanın (ə) ziyarətgahına aparan qapılardan biri bu hadisəyə işarə edərək "Bab ul-Cavad" (Cavad qapısı) adlanır. İmam 220-ci hicri-qəməri ilində Mötəsimin əmri ilə zəhərlənib və şəhid edilib.

İmam Məhəmməd Təqi (ə) Bağdadın Qüreyş qəbristanlığında babası İmam Kazimin (ə) məzarının yanında dəfn olunub.  

İmam Cavadın (ə) mübarək mövludu münasibəti ilə başda İmam Mehdi (ə.f) olmaqla bütün müsəlmanları təbrik edirik. 

İmam Cavaddan (ə) 5 hədis:

1.“Səni pis insanlarla dostluq etməkdən xəbərdar edirəm. Çünki o, zəhərli qılınc kimi ışıqlıdır. Zahiri gözəl olsa da, çirkin və təhlükəli təsirləri mövcuddur.” (Bihar c 71, s 198)

2.“Möminin izzəti ehtiyacsızlıq və digərlərinin həyat və mallarına tamahının olmamasındadır.” (Bihar c 72, 109).

3.“Cahil insanlar sakit olsalar, insanlar ixtilafa düçar olmazlar.” (Bihar c 75, s 81)

4.“Pis işi dəstəkləyən onun əzabına da şərikdir.” (Bihar c 75, s 82)

5.“Hər kim (işin) tərəflərini əminliklə bilmədən onu icra etmək istəsə, özünü həlak etmiş və qəzəbdən başqa nəticə əldə etməyəcəkdir.” (Bihar c 75, s 364)


İmam Cavadın (ə) mübarək mövlud günüdür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyədə 786 nəfər koronavirusdan sağalıb
    Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 501-ə çatıb
     05.04.2020
    DSX: Düşmən təxribatı cavab atəşilə susduruldu
    Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən təx­ribatları davam edir.
     05.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ