1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:12.07.2019 15:03:09

Tehranın bu günkü İmam cüməsi Höccətül-islam Kazım Siddiqi olub.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Tehranın bu günkü İmam cüməsi Höccətül-islam Kazım Siddiqi olub.

Tehranın cümə namazının xütbələrində ABŞ-ın nüvə sazişindən birtərəfli şəkildə çıxması və İrana qarşı sanksiyalar tətbiq etməsini Amerika üçün ümumbəşəri rüsvayçılıq adlandıran İmam cümə "Amerikanlar əvvəlindən nüvə sazişini pozdular və ona əməl etmədilər.", - deyə bildirib.

Tehranın müvəqqəti imam cüməsi avropalılara nüvə sazişi qarşısındakı öz öhdəliklərini yerinə yetirmələri üçün verilən 2 aylıq fürsətin sona çatdığını və növbəti fürsətin verilməsinin mümkünsüz olduğunu bildirərək sözlərinə belə davam edib: " Nüvə sazişinin 26,36-cı bəndlərinə görə, tərəflərdən biri öz öhdəliyini pozarsa qarşı tərəf də öz öhdəliyini azalda bilər və İranın zənginləşdirməni artırmaqdakı birinci və ikinci addımları bu çərçivədədir."

Tehranın cümə xətibi İranın ABŞ və Avropa dövlətlərinin öz sözlərini tutmadıqlarından sonra uranın zənginləşdirilməsini 20 faizə və daha çox artıracağını bildirib.

"Zənginləşdirmə mövzusunda İran kimsəni mülahizə etməyəcək.", -deyə Siddiqi əlavə edib.

Tehranın bu günkü İmam cüməsi Höccətül-islam Kazım Siddiqi İran İslam Respublikasının regiondakı terrorçu qruplar ilə mübarizədəki gücünü və terrorçuların cinayətlərinə qarşı raket qabiliyyətindən danışaraq Britaniyanın İran tankerini müsadirə etməsindən danışıb: "Britaniyanın Cəbəlütariq boğazında İran neftini daşıyan gəmini saxlamağa cürət etməsi İranın gücünə etinasızlıq idi və tezliklə İranın möhkəm cavabı ilə İngiltərə peşman olacaq."


İmam Cümə Britaniya tərəfindən müsadirə edilən İran tankerindən danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qaraçı qızı polisə hər şeyi ETİRAF ETDİ - VİDEO
    Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.
     20.07.2019
    Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün özünü öldürdü - Mahirin intiharının təfərrüatı (FOTOLAR)
    Xaçmaz rayonunun Nərəcan kəndində üç gün öncə baş verən intihar hadisəsinin təfərrüatı üzə çıxıb.
     20.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ